Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1206/2024 01.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsindəndaxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Niyazoba kəndində bələdiyyə iclasında səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da onun barəsində İXM-in 510-cu maddəsinə əsasən Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. O, həmin tarixdə məzuniyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə işə qayıtdıqdan sonra izahatlarını alaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. O, həmin ərazi üzrə polis sahə rəisi olduğu üçün şikayət ərizəsi onun üzərinə yazılmışdır. Tərəflərin əvvəllərdə mübahisələri olmuşdur və izahatları alınmışdır. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs hadisənin tarixini soruşduqda xx.xx.2024-cü il tarixdə baş verdiyini, Şəxs soruşduqda isə xx.xx.2024cü il tarixdə baş verdiyini bildirmişdir. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Himayəsində lal, kar və kor olan özündən yaşca böyük olan qardaşı və az yaşlı uşağı və həmçinin digər azyaşlı uşaqları varo, qeyri–rəsmi olaraq qardaşına himayədarlıq edir. ünvan 1 ünvanına məktub göndərilmişdir. O, məktubu götürərək Niyazoba kənd Bələdiyyəsinə həmin məktubu araşdırması üçün dəfələrlə qəbuluna getmiş, lakin bələdiyyə sədrini yerində görə bilməmişdir. Daha sonra o bələdiyyə sədrinə yaxınlaşaraq məktubun müzakirəsini apardıqda bələdiyyə sədri ona qarşı kobudluq etmişdir. Məhkəmə iclasında zalında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2020-ci il tarixdə bələdiyyə seçkiləri olduğu vaxtdan sonrabaşlayaraq Şəxsla mübahisələri olmuşdur. Onlar dəfələrlə PŞ-ya dəvət olunaraq izahatları alınmış və aralarında barışıq əldə olunmuşdur. Daha sonra Zahid onun barəsində yuxarı instansiyalara əsassız şikayətlər etmişdir. Bələdiyyənin işinə qanunsuz müdaxilələr etmiş və vətəndaşlar arasında şayiələr yaymışdır. Həmçinin bildirmişdir ki, hadisə Əbilyataq kəndində və bələdiyyənin inzibati binasında baş vermişdir. O, binada vətəndaşı qəbul etdiyi vaxt Şəxs müdaxilə edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin zərərçəkmiş şəxs hadisənin ilk olaraq, xx.xx.2024-cü il tarixdə baş verdiyini bildirsə də, daha sonra məhkəməyə təqdim edilən səs yazısının xx.xx.2024-cü il tarixdə qeydə alındığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan dəfələrlə, nə vaxt istəsə bələdiyyənin inzibati binasına gələrək iş fəaliyyətinə maneçilik törətmişdir. Məhkəmə iclasında zalında şahid X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə bələdiyyə iclasından sonra inzibati binaya gələrək Şəxs iclasın keçirilməsinə maneçilik törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bələdiyyə sədrini savadsız adlandırmış, lakin təhqir etməmişdir. Şəxs mütəmadi olaraq bələdiyyənin inzibati binasına gələrək mübahisə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixdə baş verən hadisə ilə əlaqədar CD formatlı diskdə audio yazı dinlənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim olunan və xx.xx.2024-cü il tarixdə qeyd alındığını bildirilən CD formatlı diskdə audio yazı hazırkı işə aid olmadığından məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsinizahatlarını, həmçinin CD diskdə təqdim edilmiş audio yazını dinləyərək hesab edir ki, Şəxs barəsində İXM-nin510cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş CD formatlı audio yazı olan disk dinlənilmiş, lakin həmin audio yazının xx.xx.2024-cü il tarixə aid olduğu müəyyən edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir və iş materiallarına əlavə edilməmişdir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Niyazoba Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs tərəfindən Xaçmaz RPŞ-yə ərizə ünvanlanaraq Xaçmaz rayonu, Əbilyataq kənd sakini Şəxs qanunsuz hərəkətləri ilə bağlı müraciət etmişdir. - xx.xx.2024-cü il tarixli barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından müəyyən olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Niyazoba kənd bələdiyyəsində olmamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. - xx.xx.2024-cü il tarixli X2 izahatından müəyyən olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Niyazoba kənd bələdiyyəsində Xaçmaz rayonu İcra Hakimiyyəti tərəfindən göndərilmiş məktubla əlaqədar keçirilən iclas zamanı Şəxs oraya gələrək iclasa maneçilik törətmiş və bələdiyyə sədri ilə kobud danışmışdır. - xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin izahatından müəyyən olunmuşdur ki, Xaçmaz rayonu İcra Hakimiyyəti tərəfindən məktubun icrasını təmin etmək məqsədilə tərəfindən vətəndaşlarla görüş zamanı iclasın keçirilməsinə Xaçmaz rayonu, Əbilyataq kənd sakini Şəxs maneələr yaratmış, Bələdiyyənin inzibati binasında yüksək səslə təhqiredici ifadələr işlədərək onu təhqir etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Normanın məzmunundan göründüyü kimi şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün onun törətdiyi əməl ictimai qaydanı pozmalı, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zor tətbiq edilməsi hədəsi ilə, yaxud özgə əmlakının zədələnməsi ilə müşayiət edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bələdiyyə binasına gedərək vəzifəli şəxs olan zərərçəkmiş şəxsdən ərizəsinə cavab məktubunun göndərilməsini tələb etmiş, qarşılıqlı sözlü mübahisə baş vermiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən hər hansı nalayiq ifadə işlədilməmiş və ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edilməmişdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola hadisənin xx.xx.2024-cü il tarixdə baş verdiyi qeyd edilsə də, iş materialları və tərəflərin izahatı ilə hadisənin həmin tarixdə baş vermədiyi müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin buna baxmayaraq, inzibati xəta haqqında protokol hadisənin aşkar edildiyi yəni, zərərçəkmiş tərəfindən ərizə ilə Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edildiyi vaxtdan 10 gün sonra tərtib edilmişdir. Bundan başqa tərtib edilmiş protokolda hadisənin törədildiyi yer də düzgün göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda hadisənin bələdiyyə binasının qarşısında baş verdiyi qeyd edilsə də, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin,zərərçəkmiş şəxsin və şahidin izahatlarından hadisənin bələdiyyənin inzibati binasının daxilində baş verdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1206/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1206/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver