Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1209/2021 22.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əyyə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, 22 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində Xaçmaz şəhər, N.Nərimanov prospektində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin əlilliyinin olmadığını bildirdi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 22 dekabr 2021-ci il tarixdə saat 00:00-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1993-cü ildəXaçmaz rayonunun Qobuqıraq kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikas İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun 22 dekabr 2021-ci il tarixdən saat 00:00-dan 22 dekabr 2021-ci il tarixə saat 12:45-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən (inzibati qaydada tutulmadan) dərhal azad edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1209/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1209/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver