Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1209/2025 21.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Laman kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək operatoru nalayiq ifadələrlə söyərək xırda xuliqanlıq etmişdir və RPŞ-də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, vətəndaş Şəxs ayrı-ayrı vaxtlarda DİN-nin “102” xidmətinə zəng edərək xanım əməkdaşlara qarşı nalayiq ifadələr işlədərək təhqir etmiş, iş rejimini pozmuşdur. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə “102” xidmətinə zəng etmişdir. Dəfələrlə Şəxs zəng edərək onu Polis Şöbəsinə dəvət etmələrinə baxmayaraq telefon zənglərinə cavab verməmişdir. Dünən vətəndaşın yeri Quba rayonu ərazisində müəyyən olunmuş, polis əməkdaşları tərəfindən 20 avqust 2025-ci il tarixdə, gecə saatlarında tutularaq Xaçmaz RPŞ-nə gətirilmişdir. Şəxs Polis Şöbəsinə gətirən zaman Polis Şöbəsinin inzibati binasında özünü aqressiv apardığı, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyi üçün onu nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərinə tabe olmamış, öz hərəkətlərini davam etdirmişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində ciddi tənbeh təyin edilməsini xahiş məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, qeyd olunan maddə ilə özünü təqsirli bilmişdir. Belə ki, mübahisəli məsələ olmuş, sərxoş vəziyyətdə olduğu üçün özü də bilmir ki, “102” xidmətinə necə olub ki, zəng etmişdir. Əməlindən peşmandır, bütün polis əməkdaşlarından üzr istəmişdir və bir daha belə bir hərəkətə yol verməyəcəkdir. O, barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Vüsal Mahmudovun icraatında olan material ilə əlaqədar Xaçmaz rayonu, Laman kəndində yaşayan Şəxs izahatı alınması üçün Quba rayonundan gətirilərək RPŞ-yə aparılmışdır. RPŞ-də Şəxs aqressiv şəkildə qışqıraraq ucadan nalayiq söyüşlər söyərək “məni buna görə niyə PŞ-ya gətirmisiz” demişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o öz hərəkətlərini etdirmişdir. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:14-də Xaçmaz rayonu, Laman kəndində qeydiyyatda olan Şəxs (070) ***-**-** nömrəsindən “102” Xidməti zəng edib, anlaşılmaz danışıq apararaq xidməti iş rejimini pozmuş, təhqiredici ifadələr işlətmişdir. - Azərbaycan Respublikası DİN Baş Cinayət Axtarış İdarəsindən Xaçmaz RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:14-də Xaçmaz rayonu, Laman kəndndə yaşayan Şəxs 070 369-27-31 nömrəli telefondan DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng edib, anlaşılmaz danışıq apararaq xidməti iş rejimini pozması və təhqiredici ifadələr işlətməsi ilə bağlı X2 Xidmətindən daxil olmuş və rəhbərlik tərəfindən nəzarətə götürülmüş raport araşdırılır. Göstərilənləri nəzərə alaraq, Şəxs müəyyən edilməsinə və barəsində müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 02:15-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək operatoru nalayiq ifadələrlə söyərək xırda xuliqanlıq etmişdir və RPŞ-də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. -“Məhkəmə işlərinin elektron idarəetmə sistemi” vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərdə İXM-in 510;535 və 535-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətməkdə təqsiri bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində yuxarı həddə həbs növündə inzibati tənbeh təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 21 avqust 2025-ci il tarixdən, saat 02:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1209/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1209/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver