Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1211/2021 22.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-325/2020 saylı 15.01.2020-ci il tarixli icra sənədinə əsasən 1100 manat pul və 30 manat dövlət rüsumu alınaraq X1 və Xaçmaz rayon məhkəməsinin 2(067)-1303/2021 saylı 22.06.2021-ci il tarixli icra sənədinə əsasən 700 manat pul və 20 manat dövlət rüsumu alınaraq X3 verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclular Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun iki icra sənədi üzrə 1550 manat borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-325/2020 saylı 15.01.2020-ci il tarixli icra sənədinə əsasən 1100 manat pul və 30 manat dövlət rüsumu alınaraq X1 və Xaçmaz rayon məhkəməsinin 2(067)-1303/2021 saylı 22.06.2021-ci il tarixli icra sənədinə əsasən 700 manat pul və 20 manat dövlət rüsumu alınaraq X3 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. İcra məmuru əlavə olaraq bildirmişdir ki, barəsində inzibabati xəta üzrə icraat aparılan şəxs ptotokol tərtib olunduqdan sonra 100 manat ödəniş etmişdir. Hazırki borcu 1450 manat təşkil edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 işin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-325/2020 saylı 15.01.2020-ci il tarixli icra sənədinə əsasən 1100 manat pul və 30 manat dövlət rüsumu alınaraq X1 və Xaçmaz rayon məhkəməsinin 2(067)- 1303/2021 saylı 22.06.2021-ci il tarixli icra sənədinə əsasən 700 manat pul və 20 manat dövlət rüsumu alınaraq X3 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. Onun hər iki icra sənədi üzrə 1800 manat borcundan 1450 manat borcu qalmışdır. Bir həftə ərzində borcunu tam ödəyəcək. Həmçinin bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, ptotokol tərtib olunduqdan sonra 100 manat ödəniş etməsini, 58 yaşında olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1963-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1211/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1211/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver