Məhkəmə qərarları › İş №3(067)-1212/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1212/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1212/2021 23.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X7 Təsərrüfat Mərkəzinin 20.09.2021-ci il tarixli, MN-1119530 saylı qərarından şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X7 Təsərrüfat Mərkəzinin 20.09.2021-ci il tarixli, MN-1119530 saylı qərarından şikayət vermişdir. Şikayət ərizəsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X7 Təsərrüfat Mərkəzinin 20.09.2021-ci il tarixli, MN-1119530 saylı qərarı X2 2021-ci ilin oktyabr ayında təqdim edilmişdir. X3 isə həmin qərardan şikayət ərizəsini 22.12.2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərmişdir. Həmçinin iş materiallarında olan AA0426073 saylı şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, hazırki ərizə üzrə şikayət verən şəxsin adı X4 olmasına baxmayaraq, şikayət ərizəsində vətəndaşın adı “Mehdi” olaraq qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X7 Təsərrüfat Mərkəzinin 20.09.2021-ci il tarixli, MN-1119530 saylı qərarından şikayət verilmə müddəti ötürüldüyündən, həmçinin ərizədə şikayət verən şəxsin adı düzgün qeyd olunmadığndan həmin şikayət geri qaytarılmalıdır. Azərbycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, qərardan şikayət verən şəxs şikayətini qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ərzində verməyərək, şikayət vermə müddətini ötürmüş və müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq, 43-48, 128-130 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X7 Təsərrüfat Mərkəzinin 20.09.2021-ci il tarixli, MN-1119530 saylı qərarından şikayəti geri qaytarılsın. Prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərarddan rəsmi qaydada aldığı vaxtdan 10 gün ərzində Xaçmaz rayon məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar