Məhkəmə qərarları › İş №3(067)-1212/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1212/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1212/2022 29.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X1 şikayət ərizəsinə baxılmağa hazırlanmasına dair məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Şikayət ərizəsinə məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə X2 şikayət ərizəsinə imza etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunsun ki, qeyd olunan nöqsanlar aradan qaldırılandan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərarda göstərilən nöqsanlar aradan qaldırılandan sonra yenidən məhkəməyə üraciət etmək hüququ izah edilsin. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar