Məhkəmə qərarları › İş №3(067)-122/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-122/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-122/2024 30.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu Qusarçay kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 04 yanvar 2024-cü il tarixdə, təxminən saat 21:40 radələrində, Xaçmaz rayonu Qusarçay kəndində yaşayan Şəxs, etibarnamə əsasında idarə etdiyi, Ford Trazit markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə içkili vəziyyətdə Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olan zaman Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə Z.Əliyeva küçələrinin kəsişdiyi yerdə, işıqforda sarı işığın yandığını görərək digər avtomobillərdən öncə sola dönmək istəmişdir. Həmin vaxt sola dönmək istəyən digər Ford Tranzit markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfdən vurmuş, nəticədə Ford Trazit markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında olan qaz və işıq dirəklərinə dəyərək meyvə-tərəvəz mağazasına girmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Ford Tranzit markalı **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X4 xəsarət alaraq Xaçmaz RMX-na daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis İdarəsinin X9 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X5 bildirdi ki, Şəxs 04 yanvar 2024-cü il tarixdə, təxminən saat 21:40 radələrində, Xaçmaz rayonu Qusarçay kəndində yaşayan Şəxs etibarnamə əsasında idarə etdiyi, Ford Trazit markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə içkili vəziyyətdə Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olan zaman Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə Z.Əliyeva küçələrinin kəsişdiyi yerdə, işıqforda sarı işığın yandığını görərək digər avtomobillərdən öncə sola dönmək istəmişdir. Həmin vaxt sola dönmək istəyən digər Ford Tranzit markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfdən vurmuş, nəticədə Ford Trazit markalı **- MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında olan qaz və işıq dirəklərinə dəyərək meyvə-tərəvəz mağazasına girmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Ford Tranzit markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X4 xəsarət alaraq Xaçmaz RMX-na daxil olmuşdur. Bütün bunların nəzərə alınaraq qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 04 yanvar 2024-cü il tarixdə yemək zamanı bir az içki içmişdir. Evdən zəng gəldi ki, təcili dərman lazımdır. O, da taksi tapa bilmədiyi üçün etibarnamə əsasında idarə etdiyi, Ford Trazit markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə içkili vəziyyətdə Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olan zaman Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi ilə Z.Əliyeva küçələrinin kəsişdiyi yerdə, işıqforda sarı işığın yandığını görmüş və digər avtomobillərdən öncə sola dönmək istəmişdir. Nəticədə o, idarəetməni itirərək yolun kənarında olan qaz və işıq dirəklərinə dəyərək meyvə-tərəvəz mağazasına girmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Ford Tranzit markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X4 xəsarət almışdır.Əməlindən peşmandır. Bir də belə əməl törətməyəcəyinə söz verir. İş materiallarında olan Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2024-cü il tarixli alkotesr qəbzi ilə öz təsdiqini tapır. Alkotestr qəbzinə görə Şəxs 1.340 promil sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan Cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının 1696 saylı, 06 yanvar 2024-cü il tarixli Ziyan Aktından müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Ford Tranzit markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2445 manat ziyan dəymişdir. İş materiallarında olan fərdi yaşayış evinin Texniki Pasportundan müəyyən olunur ki, Xaçmaz şəhəri A.Səhhət kjüçəsi 14 saylı evin hüquqi subyekti X1r. İş materiallarında olan aktdan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Ford Trazit markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə X2 məxsus həyətyanı torpaq sahəsində tikilmiş mağazaya 5000 manat ziyan dəymişdir. İş materiallarında olan aktdan müəyyən olunur ki, Şəxs idarə etdiyi xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Ford Trazit markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 50 manat ziyan dəymişdir. İş materiallarında olan AE 603310 BC saylı sürücülük haqqında vəsiqədən müəyyən olunur ki, Şəxs adına verilmiş xx.xx.2013-cü il tarixli sürücülük vəsiqəsinin etibarlılığı xx.xx.2023-cü ildə bitmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, bu təqdim edilmiş sübutlarla təsdiq edilir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə inzibati xəta ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən etməkdən ötrü, hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokola, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Qanunun tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə müvafiq olaraq məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması müəyyən olunmuşdur, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün etirafı və iş materiallarında digər sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona inzibati cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar