Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1223/2022 28.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 28 iyul 2022-ci il tarixdə, saat 11:30 radələrində Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsində küçədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayonunun Yeni-Həyat A.S.M-nın tibb kollektivi tərəfindən yazılmış ərizəyə əsasən 28 iyul 2022-ci il tarixdə saat 11:30 radələrində Yeni-Həyat qəsəbə sakini olan Şəxs həmin qəsəbədə küçədə tərəflərindən saxlanılmış və polis əməkdaşları özlərini təqdim edərək onun barəsində olan şikayət ərizəsi ilə bağlı polis şöbəsinə getməsini tələb etmişlər. Lakin Şəxs polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq qaçmağa çalışmış, onlara qarşı kobudluq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Buna baxmayaraq, o, polis serjantı Kamran İsrafilov ilə birlikdə Şəxs Xaçmaz RPŞ-yə aparmışlar. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilməyərək, heç kimin yanında nalayiq ifadələr işlətmədiyini, heç kimi narahat etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, Xaçmaz RPŞ-yə daxil olmuş məlumat əsasında Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsinə getmişlər, orada Şəxs yerini müəyyən edərək yaxınlaşanda sonuncu qaçıb uzaqlaşmışdır. İş materiallarında olan ərizələrdən müəyyən edilir ki, Xaçmaz rayon Yeni-Həyat A.S.M-in tibb kollektivi Şəxs mütəmadi olaraq onları söyməsi, təhqir etməsi, təhdid etməsi barədə Xaçmaz RPŞ-yə ərizələrlə müraciətlər etmişlər. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsində küçədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan müəyyən edilir ki, həmin tarixdə Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsində küçədə polis əməkdaşları ona yaxınlaşmışlar, o bilmişdir ki, qəsəbənin tibb kollektivi onun barəsində şikayət ərizəsi yazmışdır. Bu səbəbdən o, polis şöbəsinə getməmək üçün polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1986-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1223/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1223/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver