Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1224/2022 29.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Xaçmaz rayon prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qusarçay kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri üzrə tərtib edilmiş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 09-00-da Ford-Transit markalı 99 ES-923 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Bununla da Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə zamanı idarə etdiyi yük avtomobili ilə fındıq emalı zavodu istiqamətində dönmə hərəkətini yerinə yetirərkən avtomobilin son dönmə işığını yandırmamışdır. Şəxs izahatında sürücülük hüququ olmadan avtomobili idarə etdiyini bildirmişdir. Hal-hazırda o, tərətdiyi əməldən peşmandır. Ona görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən prokurorluğunun nümayəndəsi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 19 may 2022-ci il tarixdə saat 09 radələrində Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonu Çinartala kəndi ərazisindən keçən 37-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin “Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir” tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob istiqamətində hərəkətdə olarkən həmin Qanunun 37-ci maddəsinin 5-ci hissəsinin “hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir” tələblərini pozaraq avtomobili sola dönmə işığını yandırmadan sola dönmə manevri edərək yolun Yalama istiqamətindəki hərəkət hissəsinin sağ kənarında yerləşən “X5” MMC istiqamətinə hərəkət edərkən arxa tərəfdən gələn X3 idarə etdiyi “VAZ 21214” markalı, 50-DZ- 531 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Tahir Məmmədov “sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ dirsək oynağı və sol əlin İV barmağı nahiyələrinin səthi əzilmiş yaraları, sağ baldır nahiyəsinin sıyrıqları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər almışdır. Bundan sonra Nizami Şahnəzər oğlu qeyd olunan Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 1 və 2-ci bəndlərinin “mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalıdır” tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Göründüyü kimi Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş üzrə toplanmış material ilə tam təsdiq olunur. İş materiallarında olan 290 saylı Ekspert Rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, zərərçəkmiş X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- saö təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ dirsək oynağı və sol əlin 4-cü barmağı nahiyələrinin səthi əzilmiş yaraları, sağ baldır nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1980-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1224/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1224/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver