Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1226/2025 26.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X19 Məhəmməd qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Xaçmaz rayonu, Qaracik Zeyid kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və X11 Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin 2(067)-1552/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(067)-1533/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə 5850 manat və 4745 manat pulu tələbkarın xeyrinə ödəməyərək icra sənədini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, aliment tələbinə dair qeyd olunan icra sənədi 2023-cü ilin dekabr ayında icraatına daxil olmuşdur. İcra sənədi üzrə Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 400 manat məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. Qeyd olunan ica sənədi üzrə tərəfindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Sonradan icra sənədi üzrə borclu X10 yaşayış yerinin müəyyən olunması, yaranmış aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi ilə bağlı Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddia tələbi ilə bağlı Xaçmaz rayon məhkəməsinin 2(067)-1431/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X10 yaşayış yerinin atası Şəxs yanında olması müəyyən edilmişdir. İcra sənədi üzrə həmin tarixədək borclunun ödənilməmiş 2050 manat aliment borcu yaranmış, həmçinin 2024-cü ilin yanvar ayından sonra bir uşağın yetkinlik yaşına çatandək saxlanılması ilə bağlı 200 manatdan hesablanmaqla, hazırda tələbkarın xeyrinə ödənilməmiş 5850 manat aliment borcu yaranmışdır. Həmçinin Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs cehiz əmlakları vəya onların dəyəri, eyni zamanda qızıl-zinət əşyaları və ya onların dəyəri alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclu icra şöbəsinə dəvət olunmuş, izahatında bildirmişdir ki, əmlaklar evindədir, lakin icra sənədində qeyd olunan, ümumilikdə dəyəri 4745 manat olan qızıl-zinət əşyalarının isə hazırda onda olmadığını və X3 evdən gedərkən qızılları özü ilə apardığını bildirmişdir. Hər iki icra sənədi üzrə borclunun izahatı alınmış və borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Aliment borcundan qətnamə ilə silinmiş borc çıxılmış, 2024-cü ilin yanvar ayından 1 uşaq üçün aliment borcu hesablanmışdır. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, 9 aydır ki, tələbkar qismində olan sabiq həyat yoldaşı onkoloji xəstədir. Lakin hər iki uşağı onunla birlikdə yaşayırlar. Uşaqların təhsil və digər xərclərini qarşılayır. Buna görə də alimenti ödəməyə maddi imkanı çatmır. Həmçinin tələbkar Gömrük xəstəxanasında müalicə almış, 4 ay sonra qızı anasının yanına qayıtsa da, anası ilə birlikdə qala bilməmişdir. Tələbkar müalicəsini davam etdiyi üçün qızı yenidən qayıdıb onun yanına gəlmişdir. Tələbkarın adından qardaşı şikayət ərizələri yazır və imzalayır. Həmçinin tələbkar evdən getdiyində qızılları da özü ilə aparmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 26 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X15 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-1552/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından anadan olan yetkinlik yaşına çatmamış uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit məbləğdə aliment alınaraq X5 verilsin. - xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X15 tərəfindən 2(067)-1552/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 2(067)-1533/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən mebel - qonaq dəsti dəyəri -2000 manat, mebel - yataq dəsti dəyəri 2000 manat, 2 ədəd xalça, dəyəri 1 ədədi 600 manat cəmi 1200 manat, 1 ədəd televizor dəyəri 600 manat, 1 ədəd soyuducu dəyəri 800 manat, 1 ədəd paltar yuyan aparat dəyəri 700 manat, 1 ədəd elektirikli ət çəkən dəyəri 200 manat, 1 ədəd şirə çəkən dəyəri 200 manat, 2 otaq üçün pərdə və karnizlər dəyəri 1000 manat, 1 ədəd çilçıraq dəyəri 150 manat, masa və 6 oturacaq dəyəri 1000 manat, yumşaq mebel, divan 1 ədəd, kreslo 2 ədəd dəyəri 1200 manat, bəzək və gündəlik qab-qacaqlar dəyəri 2000 manat, 585 əyarlı 16 qram olan qızıl kolye dəyəri-976 manat, 585 əyarlı 10 qram olan qızıl qolbaq 610 manat, 585 əyarlı 18 qram kəpənək formasında sırğa-üzük dəsti dəyəri 1098 manat, 750 əyarlı 10 qram qızıl sep və quran formasında kulon dəyəri 780 manat, 585 əyarlı 5 qram sırğa-üzük dəsti dəyəri 305 manat, 585 əyarlı 3 qram qızıl sırğa dəyəri 183 manat, 585 əyarlı 4 qram qızıl üzük dəyəri 244 manat, 585 əyarlı 3 qram qızıl üzük dəyəri 183 manat, 585 əyarlı 2 qram qızıl ulduz formasında sırğalar dəyəri 122 manat, 585 əyarlı 4 qram qızıl sırğa dəyəri 244 manat, cəmi dəyəri 17734 manat olan cehiz əmlaklarının və qızıl-zinət əşyalarının və ya onların dəyəri (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri) cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilsin. Ödənilmiş 143,38 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb X5 verilsin. - Xaçmaz rayon məhkəməsinin 2(067)-1431/2024 saylı, xx.xx.2024-cü il tarixli qətanaməsində müəyyən edimişdir ki, xx.xx.2008-ci il təvəllüdlü X10 yaşayış yerinin atası Şəxs yanında olması müəyyən edilsin. İddiaçı Şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1552/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş aliment ödəmək öhdəliyindən xx.xx.2008-ci il təvəllüdlü X12 münasibətdə azad edilsin və xx.xx.2024-cü il tarixdən etibarən X1 üçün hesablanmış aliment məbləği Şəxs aliment borcundan silinsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Şəxs və X2 alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X15 tərəfindən 2(067)-1533/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Borcluya xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə “Xəbərdarlıq” məktubları təqdim olunmuşdur. - xx.xx.2025-ci il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, üeydf olunan 5850 manat borcdan heç bir ödəniş etməmişdir. O, fərdi əmək fəaliyyəti ilə məşğuldur və aylıq qazancı 600 manat təşkil edir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1226/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1226/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver