Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1230/2021 24.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27 avqust 1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Vətən Müharibəsinin iştirakçısı Xaçmaz rayonunun Hacıməmmədoba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 08 mart 2021-ci il tarixdə Xaçmaz rayonunun Çılğır kəndində yaşayan X8 məxsus “X29 8” markalı 250 manat dəyərində mobil telefonu, 05 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X9 məxsus “Samsung A3” markalı 120 manat dəyərində mobil telefonu, 07 iyul 2021-ci il tarixdə Quba şəhəri, 32/33 nömrəli məhəllədə yaşayan X13 məxsus “Samsunq A 51” markalı 500 manat dəyərində mobil telefonu, 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X2 məxsus “Samsunq A21-S” markalı 470 manat dəyərində mobil telefonu, 07 sentyabr 2021-ci il tarixdə Qusar rayonu, Qılah-oba kəndində yaşayan X10 məxsus “Redmi A6” markalı 100 manat dəyərində mobil telefonu və 8 manat məbləğində pulu, 08 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Nağı-oba kəndində yaşayan X4 112 manat məbləğində pulunu, 21 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Sabiroba kəndində yaşayan X11 90 manat məbləğində pulunu, 17 noyabr 2021-ci il tarixdə Quba rayonunun Timirzayev qəsəbəsində yaşayan X12 100 manat məbləğində pulunu qələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, Vətən Müharibəsinin iştirakçısı olub və 10.04.2021-ci ilədək ordu sıralarında xidmət etmişdir. Lakin atasının ağır xəstəliyi ilə əlaqədar olaraq, 2021-ci ilin mart ayında məzuniyyətdə olmuşdur. Məzuniyyətdə olarkən, maddi imkansızlığından pul əldə etmək məqsədilə xırda talama törətməyi düşünmüşdür. Buna görə də, 08 mart 2021-ci il tarixdə Xaçmaz rayonunun Çılğır kəndində yaşayan X8 məxsus “X29 8” markalı 250 manat dəyərində mobil telefonu, 05 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X9 məxsus “Samsung A3” markalı 120 manat dəyərində mobil telefonu, 07 iyul 2021-ci il tarixdə Quba şəhəri, 32/33 nömrəli məhəllədə yaşayan X13 məxsus “Samsunq A 51” markalı 500 manat dəyərində mobil telefonu, 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X2 məxsus “Samsunq A21-S” markalı 470 manat dəyərində mobil telefonu, 07 sentyabr 2021-ci il tarixdə Qusar rayonu, Qılah-oba kəndində yaşayan X10 məxsus “Redmi A6” markalı 100 manat dəyərində mobil telefonu və 8 manat məbləğində pulu, 08 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Nağı-oba kəndində yaşayan X4 112 manat məbləğində pulunu, 21 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Sabiroba kəndində yaşayan X11 90 manat məbləğində pulunu, 17 noyabr 2021-ci il tarixdə Quba rayonunun Timirzayev qəsəbəsində yaşayan X12 100 manat məbləğində pulunu oğurlamışdır. Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar sonradan Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində aparılan sorğu zamanı o, törətmiş olduğu oğurluq hadisələrini etiraf etmişdir. Bundan başqa o, ikinci Qarabağ müharibəsində könüllü olaraq getdiyini və döyüşlərdə yaralandığını göstərmişdir. Qeyd edilənlənləri qərara qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis mayoru, X7 15 mart 2021-ci tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 16 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis mayoru, X7 17 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis kapirtanı X6 26 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis leytenantı X1 17 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin baş təhqiqatçısı, polis leytenantı X7 18 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X14 31 oktyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X16 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X14 27 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin 29 iyun 2021-ci il tarixli, 472 saylı arayışından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs həqiqətəndə 04 noyabr 2020-ci il tarixdən 10.04.2021-ci il tarixə kimi ikinci Qarabağ müharibəsində iştirak etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş və 23.12.2021ci il tarixdə saat 19:00-da azad olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirirək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs törətdiyi xətalara görə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, Vətən Müharibəsinin iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs iki gün inzibati qaydada tutulmasını nəzərə alaraq, o, təyin olunmuş 160 saat ictimai işlər tənbehindən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1230/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1230/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver