Məhkəmə qərarları › İş №3(067)-1231/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1231/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1231/2021 24.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Feyzulla oğlunun iştirakı ilə, xx.xx.1986-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Çarxı kəndində yaşayır Şəxs Feyzulla oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Feyzulla oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 24 dekabr 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş 24 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-296/17 saylı 22.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat və Xaçmaz rayon məhkəməsinin 2(067)-1301/21 saylı 24.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment alınaraq iddiaçı X2 ödənilməlidir. Hal-hazırda borclunun iki icra sənədi üzrə 3000 manat məbləğində aliment borcu yığılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs Feyzulla oğluna tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzürsüz səbəbdən yayınır. Şəxs Feyzulla oğlunun borcu cəmi 3000 (üç min) manat təşkil edir. Şəxs Feyzulla oğlu icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da, Şəxs Feyzulla oğlunun borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Feyzulla oğlu Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X5 izahatında bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-296/17 saylı 22.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat və Xaçmaz rayon məhkəməsinin 2(067)-1301/21 saylı 24.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment Şəxs Feyzulla oğlundan alınaraq iddiaçı X2 ödənilməlidir. Halhazırda borclunun iki icra sənədi üzrə borcu 3000 manat təşkil edir. Borclu Şəxs Feyzulla oğlundan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu barəsində hansı inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Feyzulla oğlu izahatında bildirdi ki, borcunu etiraf edir və aliment ödəməkdən imtina etmir və qərəzli yayınmır. Borcun yaranmasına baxmayaraq, imkanı olduqca alimentləri ödəyirdi, lakin avtomobil qəzasına düşdüyündən qəbzləri itirmişdir. Ona görə ki, qəbzləri avtomobilində saxlayırdı. Ümumiyyətlə bugünədək o, cəmi 9000 manat aliment ödəmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 Şəxs dediklərini təsdiq edərək bildirmişdir ki, həqiqətən də bügünədək tələbkara ödənilməli olan cəmi 12000 manat aliment məbləğindən 9000 manatı ödənilmiş, 3000 manatı isə ödənilməmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-296/17 saylı 22.05.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Feyzulla oğlundan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınaraq iddiaçı X2 qızına ödənilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1301/21 saylı 24.05.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Feyzulla oğlundan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment alınaraq iddiaçı X2 qızına ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 13.06.2018-ci il tarixli qərardan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-296/17 saylı 22.05.2017-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs Feyzulla oğluna təqdim edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 28.07.2021-ci il tarixli qərardan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1301/21 saylı 24.05.2021-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs Feyzulla oğluna təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs Feyzulla oğluna tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Feyzulla oğlu məhkəmə qətnaməsinin icrasını üzürsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Xaçmaz rayon məhkəməsinin 2(067)-296/17 saylı 22.05.2017-ci il və Xaçmaz rayon məhkəməsinin 2(067)-1301/21 saylı 24.05.2021-ci il tarixli icra vərəqələrinin icrasını təmin etmir. Habelə hal hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Feyzulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Feyzulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: xx.xx.1986-cı ildə Xaçmaz rayonunda anadan olan Şəxs Feyzulla oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar