Məhkəmə qərarları › İş №3(067)-1234/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1234/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1234/2024 03.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və X3 Fərid Marif oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bayev X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 160 saat ictimai işləri qərəzli olaraq yerinə yetirməmiş və iş yerinə- Xaçmaz şəhəri, R.Babayev küçəsində işə çıxmamışdır. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 oğlu göstərdi ki, borclu Bayev X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh təyin edilmişdir. Borclu Şəxs 160 saat ictimai işləri qərəzli olaraq yerinə yetirməmiş və iş yerinə Xaçmaz şəhəri, R.Babayev küçəsində işə çıxmamışdır. Belə ki, 130 saat işləmiş, 28 saat isə qalmışdır. Borclu mart ayının sonunda işə çıxacağını bildirmiş, xx.xx.2024-cü il tarixdə isə işə çıxsa da işləməmişdir. Borclu İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatları alınmışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ictimai işləri yerinə yetirməmiş başqa yerlərdə işlədiyini bildirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətanı qəbul etməyərək izahatında göstərdi ki, 2022-ci ildə döyüşlərdə iştirak etmişdir. Ailəlidir və 2 övladı var. Ailəsini saxlamaq üçün işləmək məcburiyyətindədir. Xaçmaz rayonunda olmamışdır, yeni gəlmişdir və burdadır. O, işdən boyun qaçırmır, lakin işi ilə əlaqədar olaraq ictimai işlərə çıxa bilməmişdir. Hazırda 1 həftədir ki, işləmir və söz verir ki, ictimai işlərə gedəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 259.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar