Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1236/2021 29.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Lənkəran rayonun Avrora qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Lənkəran rayonunun Parakənd kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 29 avqust 2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Beynəlxalq bankın yanından X8 məxsus 350 manat dəyərində velosipedi, 15 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X6 məxsus evdən 1 ədəd 80 manat dəyərində Samsunq markalı tozsoranı, 11 oktyabr 2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində X1 məxsus VAZ-2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtobilin salonundan 70 manat dəyərində maqnitofonu, 14 noyabar 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X2 yaşadığı evin qarşısında yerləşən yardımçı tikilidən 2 ədəd hər birinin qiyməti 20 manat və 1 ədədin qiyməti 30 manat olan 1 ədəd direli, 1 ədəd 15 manat dəyərində laqondanı və 1 ədəd 10 manat dəyərində lobziki, 18 noyabr 2021-ci il tarixdə isə 1 ədəd 50 manat dəyərində laqondanı və 1 ədəd 35 manat dəyərində direli, 24 noyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan X4 məxsus evinin zirzəmisindən ümumi dəyəri 85 manat olan 1 ədəd mühərrikli ağac kəsəni, 1 ədəd laqondanı və 1 ədəd markos markalı su matorunu oğurlayaraq zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, həqiqətən maddi imkansızlıqdan 29 avqust 2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Beynəlxalq bankın yanından X8 məxsus 350 manat dəyərində velosipedi, sentyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan X6 məxsus evdən 1 ədəd 80 manat dəyərində Samsunq markalı tozsoranı, 11 oktyabr 2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində X1 məxsus VAZ-2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtobilin salonundan 70 manat dəyərində maqnitofonu, 14 noyabar 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X2 yaşadığı evin qarşısında yerləşən yardımçı tikilidən 2 ədəd hər birinin qiyməti 20 manat və 1 ədədin qiyməti 30 manat olan 1 ədəd direli, 1 ədəd 15 manat dəyərində laqondanı və 1 ədəd 10 manat dəyərində lobziki, 18 noyabr 2021-ci il tarixdə isə 1 ədəd 50 manat dəyərində laqondanı və 1 ədəd 35 manat dəyərində direli, 24 noyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan X4 məxsus evinin zirzəmisindən ümumi dəyəri 85 manat olan 1 ədəd mühərrikli ağac kəsəni, 1 ədəd laqondanı və 1 ədəd markos markalı su matorunu oğurlamışdır. Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar sonradan Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində aparılan sorğu zamanı o, törətmiş olduğu oğurluq hadisələrini etiraf etmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X11 09 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin təhqiqatçısı, polis leytenantı X3 29 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X10 21 oktyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 28 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X11 04 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X14 Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X11 04 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirirək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, evli olmaqla ailənin yeganə qazanc gətirəni olması məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-1236/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1236/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver