Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1239/2024 08.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X1 DİN-nin Xaçmaz rayon BDYPİ-nin EQ №23877159 nömrəli xx.xx.2024-cü il tarixli qərarından vermiş olduğu şikayətin baxılmağa hazırlanmasına dair məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X1 şikayət ərizəsi 07 oktyabr 2024-cü il tarixində Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət verən şəxsin şikayət ərizəsi düzgün tərtib edilməmişdir, bu səbəbdən şikayət ərizəsi iş materialları ilə birlikdə şikayət verən şəxsə geri qaytarılmalıdr. Belə ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmaraq, məhkəməyə ünvanlandığı şikayət ərizəsini Azərbaycan Respublilası MPM-nə uyğun olaraq tərtib edib məhkəməyə təqdim etmişdir. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 3(067)-1209/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, X1 DİN-nin Xaçmaz rayon BDYPİ-nin EQ №23877159 nömrəli xx.xx.2024-cü il tarixli qərarından vermiş olduğu şikayət ərizəsi eyni əsasla geri qaytarılmışdır. Şikayət verən şəxsə göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsa da, həmin nöqsanlar aradan qaldırılmadan yenidən eyni əsaslarla şikayət verən şəxs məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 128.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququna barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. - 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Belə ki, şikayət verən şəxsin qəbul edilməsini xahiş etdiyi məhkəmə aktına mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı şikayətçiyə izah olunsun ki, qeyd olunan nöqsan aradan qaldırılandan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1239/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1239/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver