Məhkəmə qərarları › İş №3(067)-124/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-124/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-124/2025 21.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, X3 iştirakı ilə, X3 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EPQ ******* saylı qərarın ləğv edilməsi və sair barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Polis Şöbəsinin polis sahə rəisi X4 onun, yəni X3 Azərbaycan Respublikası İXM-nin 266.4-cü maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilməyi barədə xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EPQ ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 rayonu Xudat Bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Xudat şəhərində polis sahə rəisi işləyən İlham Azayev mobil telefonla ona zəng edərək barəsində 500 manat cərimə olunmağı barədə qərar qəbul etdiyini bildirmişdir. O, ondan hansı səbəbdən belə qərar çıxardığını soruşduqda heç bir izahat verməmişdir. Bundan sonra o, X9 gedərək məsələ ilə maraqlanmış və barəsində çıxarılmış İnzibati Xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətlərini almışdır. Belə ki, polis sahə rəisi X4 xx.xx.2025-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur ki, X5 tərəfindən AR İXM-nin 266.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu inzibati xətanın nədən ibarət olması və onun, yəni X3 hansı vəzifə sahibi olduğu göstərilməmişdir. Həmçinin Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X4 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EPQ ******* saylı qərarı ilə o, yəni X5 Azərbaycan Respublikası İXM-nin 266.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bu qərarda da onun, yəni X3 fiziki şəxs olduğu göstərilir. Hesab edir ki, Xaçmaz rayon polis sahə rəisi X4 barəsində çıxardığı xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 266.4-cü maddəsinə əsasən şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Göstərilən maddənin dispozisiyasından göründüyü kimi istehsalat və məişət tullantıların yığılması üçün tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunla müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə məsuliyyət nəzərdə tutulmuş və buna görə məsuliyyətə vəzifəli şəxslər və ya hüquqi şəxslər cəlb oluna bilərlər. Polis sahə rəisi İlham Azayevin barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarında onun, yəni X3 vəzifəsi göstərilməmiş, əksinə həmin sənədlərdə onun fiziki şəxs olmağı qeyd edilmişdir. Bundan da əlavə onun, nə fiziki şəxs olaraq və yaxud bələdiyyə sədri olaraq hər hansı ərazidə, o cümlədən Xudat şəhərində tutumların (urnaların) yerləşdirilməsi vəzifəsi yoxdur. Həmin tutumların (urnaların) yerləşdirilməsi, istehsalat və məişət tullantılarının ərazidən daşınması müvafiq dövlət qurumun üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının bütün bələdiyyələrinə ünvanlanmış “Bərk məişət tullantılarının idarə olunmasında qanunvericiliyin tələbləri barədə” bələdiyyələrlə iş baş idarəsi tərəfindən hazırlanmış xidməti istifadə üçün tövsiyə xarakterli xx.xx.2024-cü il tarixli, 3-İ6-25/3-03/B-47 saylı məktub vardır. Həmin məktubda qeyd olunur ki, qanunvericilikdə bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifə qoyulmamış. Yalnız bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ona görə də, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur. Məhkəmə iclasında izahat vermiş X5 şikayətinin təmin olunmasını xahiş etmişdir. Xaçmaz rayonu Polis Şöbəsinin polis sahə rəisi X7 məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EXP ******* saylı inzibati qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 266.4-cü maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Xaçmaz rayonu Polis Şöbəsinin polis sahə rəisi X4 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EPQ ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar