Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1240/2022 01.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon Polis şöbəsinin nümayəndəsi X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Müşkür kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 22 iyun 2022-ci il tarixdə, saat 11:53 radələrində, Xaçmaz rayonunun Müşkür kəndində yerləşən ərzaq mağazasında X5 vurmuşdur. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Şəxs 22 iyun 2022-ci il tarixdə, saat 11:53 radələrində, Xaçmaz rayonunun Müşkür kəndində yerləşən ərzaq mağazasında X5 və X3 döymüşdür. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü nəzərdə tutulmuş inzibati xətanı törətməkdə qismən təqsirli bilərək göstərmişdir ki, o, zərərçəkmişlərin Xaçmaz rayonunun Müşkür kəndində yerləşən mağazasından odeyal almış, həmin odeyalın üstündə ləkə olduğu üçün geri qaytarmış və xx.xx.2022-ci il tarixdə Nailə Yaqubova ilə aralarında mübahisə baş vermişdir. Bu zaman Nailənin anası Gözəl Yaqubova ona yaxınlaşmış və onlar söhbət edərkən Nailə piştaxtada olan yumurtanı götürərək onun başına vurmuş, anası Gözəl isə ona tərəf “Fanta” butulkası atmışdır. O, əsəbiləşərək Nailənin və anasının saçından tutub dartmışdır. G.Yaqubova onu mağazadan çölə itələmişdir. Ona az məbləğdə olmaqla cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxslərlə barışmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, Şəxs onların mağazasından bir il əvvəl aldığı odeyalı qaytarmaq istədiyini bildirmiş, o da etiraz etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şəxs odeyalı qaytaranda Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən mağazalarında onu və anasını döymüşdür. Belə ki, Şəxs onun yaxasından tutaraq dartmış, daha sonra onun və anası Gözəl Yaqubovanın saçından tutaraq dartıb mağazadan çölə çıxarmaq istəmişdir. Hazırda da Şəxs qarşı şikayətçidir, ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şahid qismində ifadəsində bildirmişdir ki, o, Xaçmaz rayonunun Müşkür kəndindəki evində həyətdə təsərrüfat işləri ilə məşğul olan zaman özlərinə məxsus mağazdan gələn səs-küyü eşitmiş və mağazaya daxil olanda Şəxs onun qızı Nailə Yaqubovanın saçından tutu dartaraq döydüyünü görmüş, o, onları ayırmağa çalışmış,Şəxs itələyə-itələyə mağazadan bayıra çıxarmış, Şəxs yenidən mağazanın qapısını açaraq onun saçından tutaraq çölə tərəf dartmağa başlamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, X4, X2 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində qəbul edilmiş qərarın surəti inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X4 bədəni üzərində aşkar olunan xəsarət – boynunda solda sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 22 iyun 2022-ci il tarixə uyğun gəlir və bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbehin təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: xx.xx.1970-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1240/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1240/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver