Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1241/2022 01.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Müşkür kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 22 iyun 2022-ci il tarixdə saat 11-53 radələrində Xaçmaz rayon Müşkür kəndində ərzaq dükanında Laləzar Nəsirovanı döymüşdür. Məhkəmədə izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 22 iyun 2022-ci il tarixdə saat 11-53 radələrində Xaçmaz rayon Müşkür kəndində ərzaq dükanında Laləzar Nəsirovanı döymüşdür. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, 22 iyun 2022-ci il tarixdə saat 11-53 radələrində Xaçmaz rayon Müşkür kəndində ərzaq dükanında Laləzar Nəsirovanı döyməmişdir. Sadəcə olaraq özünü baş verənlərə görə müdafiə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs izatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 22 iyun 2022-ci il tarixdə saat 11-53 radələrində Xaçmaz rayon Müşkür kəndində ərzaq dükanında onu döymüşdür. Hazırda da Şəxs şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, X4 barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli 496 saylı ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ döş vəzisində, sag budun aşağı 3/1-nin arxa səthində, sol baldırın yuxarı 1/3-nin arxa səthində hərəsində bir yerdə qançır küt əşyanın(əşyaların), sol bazunun aşağı 3/1-nin bayır səthində və sağ saidin yuxarı 3/1-nin ön səthində hərəsində bir yerdə sağalmış səthi yaralar yerində əmələ gələn zədə yerləri küt əşyanın (ola bilsin ki, dişlərin) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 22 iyun 2002-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlərə aiddir. Məhkəmə inzibati xətaya dair materialları, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: xx.xx.1986-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1241/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1241/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver