Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1246/2022 02.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 156-da qeydiyyatda olan, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 27-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində mübahisə edərək X1 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs X2 ilə mübahisə etmiş, PPX-nin əməkdaşları onları Xaçmaz RPŞ-yə gətirmişlər. Tərtib etdiyi protokolda Şəxs söyüş söyməsi barədə xüsusatı PPX-nin əməkdaşlarının verdikləri izahatlara əsasən qeyd etdiyini bildirmişdir. Həmçinin tərtib etdiyi protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, onun Şəxs pul borcu vardır. Bununla bağlı sonuncu Xaçmaz şəhəri, Bakı prospektində işlədiyi idarənin qarşısına gəlmiş, o da idarədən küçəyə çıxmış və küçədə Şəxs ondan pulunu istəmişdir. Lakin aralarında söyüş söymək olmamış, əlbəyaxa olmamışlar. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs törətdiyi əməli qismən etiraf edərək bildirmişdir ki, X1 ona pul borcu vardır, hazırda da həmin borcu ona qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə, Xaçmaz şəhəri Bakı prospektində bununla bağlı o, Əspəndi Əspəndiyev ilə yüksək səslə danışaraq mübahisə etmişdir, lakin aralarında söyüş söymək olmamışdır. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, proses iştirakçılarının məhkəmə iclasındakı izahatlar və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1982-ci ildə Biləsuvar rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1246/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1246/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver