Məhkəmə qərarları › İş №3(067)-1248/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1248/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1248/2024 07.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X6 X8 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Qoçaqlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 17.30 radələrində etibarnamə əssında idarə etdiyi “Vaz-2106” markalı **-BT-*** dövət nömrə nişanlı avtomobillə Xaçmaz rayonu Pirqulu-oba kəndinin girişində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “MİTSUBİHİ PAJERO-İO” markalı **-LK-*** dövət nömrə nişanlı avtomobillə ara məsafəsi saxlamaması səbəbindən həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, “MİTSUBİHİ PAJERO-İO” markalı **-LK-*** dövət nömrə nişanlı avtomobillin sahibi X2 maddi zərər vurmuş, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi və bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Xaçmaz rayon X6 X10 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 17.30 radələrində etibarnamə əssında idarə etdiyi “Vaz-2106” markalı **-BT-*** dövət nömrə nişanlı avtomobillə Xaçmaz rayonu Pirqulu-oba kəndinin girişində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “MİTSUBİHİ PAJERO-İO” markalı **-LK-*** dövət nömrə nişanlı avtomobillə ara məsafəsi saxlamaması səbəbindən həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, “MİTSUBİHİ PAJERO-İO” markalı **-LK-*** dövət nömrə nişanlı avtomobillin sahibi X2 maddi zərər vurmuş, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi və bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərdi ki, 21 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində evdə yemək yeyərkən spirtli içki qəbul etmiş, sonra uşaqları üçün oyuncaq almaq məqsədilə etibarnamə ilə idarə etdiyi atasına məxsus “Vaz-2106” markalı **-BT-*** dövət nömrə nişanlı avtomobilə minərək Xaçmaz rayonu Pirqulu-oba kəndinə mağazaya getmişdir. Mağazada oyuncaq olmadığına görə Xaçmaz rayonu, Qusarçay kəndinə getməyi fikirləşib hərəkət etməyə başlamiş, yolun yarısında fikrini dəyişib geri Pirqulu-oba kəndi istiqamətində saat 17:30 radələrində 90 km sürətlə hərəkət edərkən kəndə çatmağa az qalmış onun idarə etdiyi avtomobildən qarşıda hərəkətdə olan MİTSUBİHİ markalı **-LK- *** dövlət nömrə nişanlı avtomobilin getdiyini görmüşdür. Avtomobili sürətlə idarə etdiyindən və düzgün ara məsafəsi saxlamadığından həmin avtomobilin arxa hissəsi ilə toquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə MİTSUBİHİ markalı avtomobilin sahibi X2 maddi zərər dəymişdir. Hadisə yerinə yol-patrul xidməti inspektorları gəldikdən sonra yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi və oxşar xətanı il ərzində təkrar törətməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə aparılmışdır. Törətdiyi xətadan peşmandır. Zərərçəkmiş şəxslə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işinin başlaınılmasının rədd edilməsi haqqında 28 sentyabr 2024-cü il tarixli qərar, tərtib olunmuş inzibati xəta haqqında 03 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. İş materiallarında olan 21 sentyabr 2024-cü il tarixli, 217 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Şəxs həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş və onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan “Avtomotoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki xidmət stansiyası tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, 1807 nömrəli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “MİTSUBİHİ PAJERO-İO” markalı **-LK-*** dövət nömrə nişanlı avtomobillin sahibi X2 ümumilikdə 1070 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədil məsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətinin ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırlmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar