Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1249/2024 07.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X7 X8 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 05 avqust 1961-ci ildə Xaçmaz rayonunun Qarabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Qarabağı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X7 X8 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə tərəfindən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 01 oktyabr 2024cü il tarixdə özünə məxsus VAZ 2106 markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 334.3-cü maddələrində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X7 X8 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində sürücülük hüququ olmadan, yüngül dərəcəli sərxoş vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi «VAZ 2106 minik» markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Buna görə də tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 20 ilə yaxındır ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. İk üç olar ki, o, özü üçün idarə etmək aldığı VAZ 2106 markalı nəqliyyat vasitəsini şəhərə çıxmamaq şərti ilə kəndin içində idarə etmişdir. Hadisə törətməmişdən bir gün qabaq onlara qonaq gəldiyi vaxt onlarla bir yerdə yemək yeyərkən spirtli içki qəbul etmişdir. İçki içdiyi gündən sonra ki, günün səhəri qızını Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən Aptekə işə qoymağa getmişdir. Həmin vaxt o, qızını maşından düşürərkən arxada olan digər nəqliyyat vasitəsi yerini boşaldaraq yerini ona verməsini istədiyi üçün o, həmin yolda hərəkətdə olan digər nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir maneə törədib törətməyəciyinə diqqət etməli olduğu halda bunu etmədiyi üçün anidən yola çıxaraq həmin yol ilə düzünə hərəkətdə olan nəqliyyat vasitəsinin yoluna çıxaraq onunla toqquşmuşdur. Hadisə nəticəsində heç bir xəsarət alan olmasa da, zərərçəkmiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə zərər dəymişdir. Birinci Qarabağ müharibəsində iştirak etdiyini, İİ qrup olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, həmin nəqliyyat vasitəsi ona məxsusdur, o, avtomat mühərrikli nəqliyyat vasitəsini idarə edə bilmədiyi üçün hadisə baş verən zaman onu Minabəddin adında şəxsə verərək özü isə onun yanında əyləşmişdir. Onlar nəqliyyat vasitəsi ilə Xaçmaz şəhəri, 20 yanvar küçəsində hərəkətdə olduqları zaman, həmin yolun sağ ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan «VAZ 2106 minik» markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil anidən onların yoluna çıxmışdır. Həmin hadisə zamanı nəqliyyat vasitərində olanlardan heç biri xəsarət almasa da nəqliyyat vasitəsinə zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi oxşar ifadə verərək qeyd olunanları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 oktyabr 2024-cü il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü Şəxs həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0,705 promil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Avtomotoservis və Ticarət Müəssisi Xaçmaz 1 saylı texniki xidmət stansiyası tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli ziyan aktından görünür ki, hadisə zamanı “Mercedes Benz 220” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 1095 manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X4 “Mercedes Benz 220” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs idarə sürmək üçün etibar etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası ərazi bütövlüyü uğrundan aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı alaraq 80 manat və İİ qrup əliliyinə görə isə 363 manat 86 qəpik təqaüd alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə özünə məxsus VAZ 2106 markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 334.3-cü maddələrində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İİ qrup əlil dərəcəsi olduğuna görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3- cü maddəsi ilə nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh növü tətbiq edilməsi yol verilməzdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Xaçmaz rayon X7 X8 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə tərəfindən inzibati xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə tövsif edilmişdir və Şəxs həmin inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrundan aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı və İİ qrup əlilil olmasını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3- cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Xaçmaz rayon İcra Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1249/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1249/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver