Məhkəmə qərarları › İş №3(067)-125/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-125/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-125/2025 16.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1. Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Sibiroba kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində kənd sakini X3 məxsus həyətyanı sahədə olan yardımcı tikilidən məişət əşyalarını oğurlamasına dair Xaçmaz RPŞ-nin İTB tərəfindən İXM-nin 227-ci maddəsi ilə xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayonu, Sibiroba kənd sakini Şəxs spirtli içkilərə meyillidir. Şəxs bundan başqa keçən ildə də, zərərçəkmiş şəxsin evindən xırda oğurluq əməllərini törətmişdir. Lakin kənd sakini olduğu üçün barəsində şikayət olunmamışdır. Şəxs tərəfindən oğurluq əməli xx.xx.2025-ci il tarixdə törədilməsinə baxmayaraq zərərçəkmiş şəxs oğurluqdan xx.xx.2025-ci il tarixdə məlumatı olmuşdur. Şəxs hadisəni törədərkən spirtli içkinin təsiri altında olduğundan həmin əşyaları hara satdığını xatırlamamışdır. Zərəçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verilmiş, araşdırma aparıldıqdan sonra Xaçmaz RPŞ-nin TB-da cinayət işinin başlanmasının rədd qərarı tərtib olunaraq əlavə araşdırılma aparılması üçün Xaçmaz İTB-nə göndərilmişdir. Tərəfindən araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, dəymiş zərər zərəçəkmiş şəxsin özünün deməsi ilə müəyyən edilmişdir. Zərərçəkmiş şəxs hadisənin törədildiyi ünvanda isə yaşamır. Həmçinin Şəxs saxlanıldığı vaxt spirtli içkinin təsiri altında olmamışdır. Belə ki. Xaçmaz rayonu, Sibiroba kəndi az sayda əhalisi olan kənddir. Xaçmaz rayonu, İstisu qəsəbəsində bu kimi cinayətləri törədən başqa bir şəxsdə var ki, Şəxs həmin şəxslə əlaqəsi vardır. Şəxs barəsində layiqli cəza tətbiq edilərsə, kənd ərazisində digər bu kimi əməlləri törədən şəxslərə də ibrət olar. Zərərin ödənilmədiyini və zərərçəkmiş şəxsin şikayətçi olduğunu nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, azadlıqda qaldığı təqdirdə növbəti gün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəkdir. Etdiyi əməldən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq əlilliyinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, keçən ilki tarixdə də, Şəxs ona məxsus həyətyanı yaşayış sahəsindən oğurluq əməlini törətmişdir. O, Şəxs oğurladığı əşyaları qaytarmasını deməsinə baxmayaraq həmin əşyaları qaytarmamışdır. Kənd ərazisində Şəxs başqa oğurluq əməlini törədəcək kimsə yoxdur. O, dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 15 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, Xaçmaz rayonu. Sibiroba kəndində qeydiyyatda olmaqla yaşayan, X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə və Xaçmaz RPŞ-yə ərizə olə müraciət edərək ona məxsus Xaçmaz rayonu, Sibiroba kəndində yerləşən fərdi evin həyətyanı sahəsindən 1 ədəd su nasosu, qaz balonu 2 ədəd və velosibetin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. - Cinayət işi başlanmasının rədd edilməsi barədə 15 yanvar 2025-ci il tarixli qərardan müəyyən edilir ki, X2 Xaçmaz RPŞ-nə verdiyi şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X2 əşyalarının oğurlanması faktına görə Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsinin tərkibi əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İTB-nə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. - xx.xx.2025-ci il tarixli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından müəyyən edilir ki, spirtli içki qəbul edib qonşusu Nağı Atakişiyevə məxsus fərdi evin həyətinə çəpərdən tullanaraq keçmiş, qapısı açıq olan tövlədən 2 ədəd qaz balonu, 1 ədəd valosiped və evin qarşısında olan su nasosunu kəsərək oğurlamışdır. Həmin əşyaları tanımadığı adamlara xatırlamadığı qiymətə satmışdır. Lakin bu vaxta qədər başqa oğurluq əməli törətməmişdir. - İnzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi. Polis mayoru Razim Yadigarlı tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə X6 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli, 30 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 yanvar 2025 il tarixdə saat 17:30-da inzibati qaydada tutulduğundan həbsin əvvəli 15 yanvar 2025-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxx 1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Sibiroba kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 15 yanvar 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar