Məhkəmə qərarları › İş №3(067)-1250/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1250/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1250/2023 04.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz st.X9 İctimai təhlükəsizlik qrupunun baş inspektoru vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz st. X8 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 08 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz dəmir yolu stansiyasının ərazisində yerləşən “Quba anbarı” adlanan yük anbarının həyətində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qohumu Murad Quliyev və Muradın tanışı Eldəniz Zərbaliyevlə birlikdə Zərərçəkmiş şəxs ilə qarşılıqlı dalaşıb dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən onu döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz st.X9 İctimai təhlükəsizlik qrupunun baş inspektoru vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı X5 göstərdi ki, Şəxs 08 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz dəmir yolu stansiyasının ərazisində yerləşən “Quba anbarı” adlanan yük anbarının həyətində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qohumu Murad Quliyev və Muradın tanışı Eldəniz Zərbaliyevlə birlikdə Zərərçəkmiş şəxs ilə qarşılıqlı dalaşıb dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən onu döymüşdür. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, həqiqətən 08 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz dəmir yolu stansiyasının ərazisində yerləşən “Quba anbarı” adlanan yük anbarının həyətində xalası oğlu Murad Quliyev və Muradın sinif yoldaşı Eldəniz Zərbaliyevlə birlikdə birlikdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ilə sonuncu ona daşla vurub xəsarət yetirdiyindən qarşılıqlı dalaşıb bir-birlərini döymüşlər. Hadisədən sonra Zərərçəkmiş şəxs barışmışlar. Odur ki, barışmaları nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, həqiqətən 08 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz dəmir yolu stansiyasının ərazisində yerləşən işlədiyi “Quba anbarı” adlanan yük anbarının həyətində Şəxs, Ələskərin qohumu Murad Quliyev və Muradın tanışı Eldəniz Zərbaliyevlə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qarşılıqlı dalaşıb bir-birlərini döymüşlər. Hadisədən sonra onlar barışmışlar. Odur ki, barışmaları nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Xaçmaz st. X9 baş təhqiqatçısı X3 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs, Şəxs, X7 və X1 qarşılıqlı dalaşıb bir-birlərini döyməsi faktı üzrə əməllərində cinayət tərkibi olmadığından HK/1-35 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və qeyd olunan şəxslərin barəsində olan materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Xaçmaz st. X9 İctimai təhlükəsizlik qrupuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli, 682 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər dərəcəsi təyin edilməyən xəsarətlər növünə aiddir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, cinayət işi başlanmasının rədd edilməsi barədə 25 sentyabr 2023-cü il tarixli qərar, tərtib olunmuş inzibati xəta haqqında 04 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Lakin məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı tamamilə sübuta yetirilsə də hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: -53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 114.1, 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata icraata inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 51, 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar