Məhkəmə qərarları › İş №3(067)-1256/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1256/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1256/2022 05.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 yazılı şikayətlə məhkəməyə müraciət edərək barəsində Xaçmaz DYPB tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 -57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərar 08 iyul 2022ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 04 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarın ona nə vaxt təqdim edilməsinə dair müvafiq sənədi şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Xaçmaz DYPB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar