Məhkəmə qərarları › İş №3(067)-126/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-126/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-126/2024 01.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimƏliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Xaçmaz Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıqməhkəməiclasındabaxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Xaçmaz Regional bölməsinin ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020 və ******* saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu Şəxs cəmi 900 manat cəriməni qərəzli olaraq ödəmir. İnzibati xəta haqqında protokolu tərtib edən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə hər- hansı üzürlü səbəb göstərməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz Regional bölməsinin 14 oktyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində, 10 iyul 2020-ci il tarixli , MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində və 18 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2020-ci il tarixli, 0457673/2020 nömrəli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional bölməsinin xx.xx.2020-ci il tarixli, 0457608/2020 nömrəli və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli icra sənədlərinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası ilə əlaqədar bildiriş təqdim olunmuş və xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə izahatı alınmışdır. İş materiallarına əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğudan görünür ki, Şəxs adında hər hansı əmlak aşkarlanmamışdır. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ümumi 500.75, 200,40 və 200,40 manat məbləğlərində cərimə borcunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqdainzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqdaİnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati icraata barəsində olan cərimələri ödədiyindən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 104.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar