Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1264/2025 17.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, xx.xx.1989-cu ildə Xaçmaz rayonunun Qaraçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Xaçmaz rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X2 inzibati xəta haqqinda iş üzrə icraatın başİanması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən fiziki şəxs Şəxs Xaliq oğlu barəsində Azərbaycan Respublikasi İXM-nin 590.2-cl maddəsi ilə inzibati xəta haqqinda iş üzrə icraat başlanılaraq, qərar və toplanmış material baxilmasi üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, mərhum babasından miras qalan "Toz" markali, 16 kalibrli, NX 5693-59 nömrəli qoşa lüləli yivsiz ov silahini xüsusi icazə olmadan saxİamışdır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xaçmaz RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polls kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonunun Qarabağlı kəndində yaşayan X3 müraciət edərək, həyat yoldaşı Natiqin əlində silahla onu hədələməsini bildrimiş və məlumat əsasında təhqiqat araşdırması aparılmış, araşdırmanın nəticəsində Xaçmaz RPŞ-nin İB-də toplanmış HK-1/1830 nömrəli material üzrə cinayət işinin başİanması rədd edilmiş, xüsusi icazə almadan mülki silahın saxlanılması qaydalarını pozduğuna görə Xaçmaz rayonunun Qarabağlı kəndində yaşayan Şəxs Xaliq oğlu barəsində inzibati icraatın başlnılmasından ötrü material Xaçmaz rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Xaçmaz rayon prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X2 inzibati xəta haqqinda iş üzrə icraatın başİanması haqqında xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Xaçmaz rayon prokurorluğunda izahat verərkən Şəxs Xaliq oğlu izahatinda biİdirmişdir ki, barəsində Azərbaycan Respublikasi DİN-nin "102" xidmətinə müraciət edən Azadə onun arvadıdir. 18 iyul 2025-cl il tarixdə aralarında mübahisə yaranmış və o, əsəbiləşərək sözlə Azadəni tüfənglə öldürəcəyi ilə hədələmişdir. Yaşadığı evdə saxladığı tüfəngin rəsmi sənədləri oİmamışdır. Xaçmaz rayon prokurorluğunda izahatı alınmış X4 da qeyd olunan halları izahatında təsdiq etmişdir. Həmçinin qərarda qeyd olunmuşdur ki, “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs tərəfindən 01 ədəd tüfəng təqdim ediİmişdir. Təqdim ediİmiş 01 ədəd ov silahı qoşa lüləli, "Toz-16" markali, 569359 nömrəli Tula silahıdır. Silah sökülmüş vəziyyətdə təqdim olunmuşdur. Lüləsinin uzunİuğu 72 sm, qundağının uzunİuğu 50 sm, baİaqundağın uzunİuğu isə 21 sm-dir. Qundağın lülə ilə birləşən hissəsinə göy rəngli yapışqan lent sarınmışdır. Silahın çaxmaq ye tətik hissəsi saz vəziyyətdədir. Lülə ilə qundağı birləşdirən boz rəngli kəmər vardir ki, onun da uzunluğu 83 sm-dir. Şəxs həmin ov silahını istifadə etmədiyi üçün könüllü olaraq Xaçmaz RPŞ-nə təqdim etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1 ədəd "Toz-16" markalı, 569359 nömrəli, qoşa lüləli, Tula ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlamaqla, Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Xaçmaz rayon prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X2 inzibati xəta haqqinda iş üzrə icraatın başİanması haqqında xx.xx.2025-ci il tarixli qərarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xaçmaz rayon prokurorluğunda verdiyi izahatı və digər iş materialları ilə təsdiq olunur. Belə olan halda Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş 1 ədəd "Toz-16" markalı, 569359 nömrəli, qoşa lüləli, çaxmaq və tətik hissəsi saz vəziyyətdə olan Tula ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlı̇ k edən: Nərmı̇ n Abı̇ yeva
Məhkəmə qərarları › İş №3(067)-1264/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1264/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver