Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1266/2025 02.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xaçmaz rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 03 fevral 1983-cü il təvəllüdlü, Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə məhkumluğu olmayan, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla, Xaçmaz rayonu, Dədəli kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 01 sentyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, əməliyyat tapşırığına əsasən izahatının alınması məqsədilə Xaçmaz şəhəri Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilən və sərxoş vəziyyətdə olan Şəxs polis əməkdaşlarıyla getməkdən imtina etmiş və onların ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xaçmaz rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Xaçmaz RPŞ-nın inzibati binasında ucadan ünvansız nalayiq küçə söyüşləri söyərək, xuliqanlıq etmişdir. Şəxs izahatının alınması üçün Xaçmaz RPŞ-yə dəvət olunan zaman onlara sərt şəkildə müqavimət göstərmiş, sərxoş vəziyyətdə tabesizlik edərək qanuni tələblərinə məhəl qoymamışdır. Ona izahat verməsi zəruri olduğunu bildirsələrdə, o, onların ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Onlar onu dəfələrlə nizam-intizama dəvət edərək, etdiyi əməlin qanuna zidd olduğunu izah etmişlər. Lakin, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hüquqa zidd hərəkətlərini davam etdirmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, içkili olmuşdur. O, əməlindən peşmandır. Barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X2 ifadəsində göstərmişdir ki, onlar Xaçmaz RPŞ-nın Cab-nın baş əməliyatçıları tərəfindən Şəxsı qaynanasına bıçaqla xəsərət yetirməsi ilə bağlı, onun evinə gedib polis şöbəsinə izahatı alınması üçün dəvət etmişlər. Lakin, o, həmin zaman içkili olmuş və onlara nalayiq küçə söyüşləri söyərək, onları təhqir etmişdir. Onu nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Onu RPŞ-nə gətirmək istədikdə isə vətəndaş polis Şöbəsinə gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5 şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, analoji ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 01 sentyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafı, şahidlərin ifadələri eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: - 33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; - 33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; - 33.1.3. yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi; - 33.1.4. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi; - 33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; - 33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi; - 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş 01 sentyabr 2025-ci il tarixli, 98 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini və inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2025-ci il tarixli, № 431 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 sentyabr 2025-ci il tarixdən, saat 02:30-da inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 02 sentyabr 2025-ci il tarixdən, saat 02:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. Həbs etmənin əvvəli 02 sentyabr 2025-ci il tarixdən, saat 02:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1266/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1266/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver