Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-127/2024 26.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı Xudat şəhəri, M.F.Axundov küçəsi 3 olan Şəxs ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" ASC Mərkəzi Bankın 29dekabr 2023-cü il tarixli, 6-1- 26/2-10167/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin protokolu və sözügedən yığıncağa səhmdar Nəsib Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 23yanvar 2024-cü il tarixli, EP seriyalı, 0087287saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Sözügedən inzibati xəta haqqında protokolda Şəxs ASC tərəfindən inzibati xətanın törədildiyi vaxt 17yanvar 2024-cü iltarix göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi izahatında bildirmişdir ki, “Xudat-Konserv ASC-i 14 il bundan əvvəl özəlləşdirilmişdir. Bu barədə heç bir sənəd mövcud deyil. Şəxs ASC-nin baş mühasibi 6-7 ay olar ki, vəfat etmişdir. Səhmdar Cəmiyyətin ümumi yığıncaqların keçirilməsi üçün sənədlərin əldə edilməsinə görə Mərkəzi Banka müraciətlər edilmişdir.Mərkəzi Bankın “Xudat-Konserv ASC-yə göndərdiyi məktublar gözətçi tərəfindən qəbul olunsa da, həmin sənədlər dəftərxanaya təqdim olunmamışdır. Buna görə də Mərkəzi Bankın sorğularına cavab verilməmişdir. Səhmdarların ümumi yığıncağının keçirilməməsinə səbəb Mərkəzi Bank tərəfindən Səhmdar Cəmiyyətinin sorğularına cavab verilməməsi olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən Mərkəzi Banka inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməsi barədə hər-hansı üzürlü səbəb göstərməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən nümayəndənin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib olunmuş inzibati xəta haqqında 23 yanvar 2024-cü il tarixli EP 0087287saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki,Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın 29 dekabr 2023-cü il tarixli, 6-1-26/2-10167/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin protokolu və sözügedən yığıncağa səhmdar Nəsib Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İş materialllarında olan 22 noyabr 2023-cü il və 29 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış və sözügedən hüquqi şəxstərəfindən xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə qəbul edilmiş 6-1-26/2-9099/2023 və6-1-26/2-10167/2023nömrəli məktubların surətindən görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 83.1.9-cu maddəsinə müvafiq olaraq vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlimatı zəruri sənədlər (2022-ci il üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yııncağa səhmdar Nəsib Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsilə unvanlanması barədə) əlavə edilməklə 7 gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Eyni zamanda qeyd olunanlar nəzərə alınaraq xx.xx.2023-cü il tarixli göstərişi ilə xahiş edilən məlumatlar bu günədək Mərkəzi Banka təqdim edilməmişdir. Yuxarıda qeyd olunan göstəriş məktubuna əsasən məlumatlar 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ və İİ hissələrinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Bu Qanunun 75-ci maddəsinin V hissəsinin İ cümləsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Odur ki, "xxxx" ASC İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" ASC-yə İXM-nin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-127/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-127/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver