Məhkəmə qərarları › İş №3(067)-1271/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1271/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1271/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon Polis Şöbəsi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 10 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 25 sentyabr 2024-cü il tarixində gəlini X1 ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 göstərdi ki, zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2024-cü ilin mart ayında bir evdə yaşayan qaynanası Şəxs özünün böhtan xarakterli ərizəsi ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək onun naməlum şəraitdə 18000 manat civarında pulunun evdən itdiyi və yaxud oğurlandığını bildirmişdir. Sonradan həmin pul axtarılarkən özünün yastığının altından taplımışdır. Bütün bunlar Polis Şöbəsində araşdırılmış və oğurluq hadisəsi öz təsdiqini tapmamışdır. Bu hadisə ilə bağlı zərərçəkmiş şəxsin izahatları alınmışdır. Tərəflər arasında barışıq olduğuna görə başlanılmış cinayət işi dayandırılmışdır. Hazırda zərərçəkmiş qaynanası Gülbaharın azyaşlı övladlarının gözü qarşısında hər gün onun ünvanına ağır söyüşlər söydüyünü onun və övladlarının şərəf və ləyaqətini təhqir etdiyini bildirmiş və qaynanasının Polis Şöbəsinə dəvət olunaraq rəsmi izahatının alınmasını xahiş etmişdir. Mübahisəli məsələ olduğundan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətanı qəbul etməyərək izahatında göstərdi ki, bu ilin mart ayında evindən yatağında, döşəyinin altında olan18000 manat civarında pulu oğurlanmışdır. Bu barədə Polisə məlumat vermişdir. Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları evinə gələrək pul kisəsini tapmış və 7800 manatı ona vermişlər. Qalan 10000 manat pulu isə tapılmamışdır. 23 mart 2024-cü ildə evdən pulun itməsi barədə Polis Şöbəsinə məlumat vermiş və bu barədə cinayət işi başlanılmışdır. Gəlini özü onu təhqir edirmiş. O, Polisə ərizə ilə müraciət etdikdən sonra gəlini də Polisə ərizə vermişdir. Gəlinini təhqir etməz. Oğlu ona baxır, gəlini və nəvələri ilə birgə yaşayır. Yaşlı adam olduğuna görə pulu kimin götürdüyünü bilmir. Məhkəmə iclasında dindirilən X4 göstərdi ki, Qaynanası tərəfindən təhqirlərə məruz qalırmış. Hazırda o, azyaşlı övladlarının gözü qarşısında onu söyərək təhqir etmişdir. 2024-cü ilin mart ayında qaynanası Gülbahar ərizə ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, onun 18000 manat civarında pulu itmiş və ya oğurlanmışdır. Daha sonra həmin pul kisəsi tapılmışdır. Qaynanasının dediyinə görə 17841 manat pulu itib, tapılan sadəcə 7841 manatdır. Onun əsas məqsədi, onları evdən çıxarmaqdır. Ona görə də olmayan oğurluq hadisəsi ilə bağlı yalan məlumat vermişdir. Ailəsinin dağılmaması, uşaqlarının həmin evdə böyüməsinə görə hazırda şikayəti və tələbi yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 510-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar