Məhkəmə qərarları › İş №3(067)-1271/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1271/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1271/2025 22.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən Xaçmaz rayonu, Ağçay kənd sakini Şəxs barəsində tərtib edilmiş 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, inzibati xəta haqqında toplanmış materiallarla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə SNB-nin sağ cinahında 93-cü YK-də su sərhəd rejiminə qeydiyyatda olmayan üzmə vasitəsi ilə icazəsiz rejim sularına çıxmaqla İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinə və Şəxs lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasında iştirak etməmişlər, habelə işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsinin və Şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokollar və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 571-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə-gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. İş materialında olan “Xaçmaz” sahil nəzarəti şöbəsinin rəisi v.i.e. cənab 3-cü dərəcəli kapitan Musa Musalı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, raportdan görünür ki, 21,05.2025-ci il tarixdə saat 19:30 radələrində BKNM növbətçi operatoru tərəfindən 93-cü yanalma körpüsü istiqamətlərindən sahildən dənizə doğru 1 (bir) ədəd kiçik həcmli üzmə vasitəsinin hərəkəti müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq sahil nəzarəti bölməsinə məlumat verilmiş və saat 20:00-dan xx.xx.2025-ci il tarix saat 02:00- dək 93 və 94-cü yanalma körpüləri isdiqamətlərində sahil nəzarəti bölməsinin nəzarətçisi baş miçman X1 ilə birlikdə “ƏBQ” sərhəd naryadı xidmətini təşkil edərək sahil nəzarəti bölməsinin sahil xəttinə baxış keçirilən zaman saat 21:40-da 93-cü yanalma körpüsündən təqribi olaraq 2 km sol cinahda Ağçay çayının mənsəbində SNB-nin qeydiyyatında olmayan sahibsiz Yamaha-25 mühərrikli lakin üzərində Nİ-3233 bort nömrəsi qeyd olan taxta tipli üzmə vasitəsi aşkar olunmuşdur. Axtarış tədbirləri nəticəsində üzmə vasitəsinin sahibi xx.xx.1996-cı il təvəllüdlü (ŞA/ AA366211) Xaçmaz rayon Ağçay kənd sakini Şəxs olduğu müəyyən olunmuş və vətəndaş Şəxs izahat və iltizam verməsi üçün sahil nəzarəti bölməsinə dəvət olunmuşdur. Lakin adı çəkilən vətəndaş sahil nəzarəti bölməsinə gəlməkdən izahat və iltizam verməkdən imtina etmişdir. Nəticədə üzmə vasitəsində olan 1 (bir) ədəd 68903 №li “Yamaha-25” mühərriki, 2 (iki) ədəd konbinizon (bataqlıq çəkməsi), 1 (bir) ədəd konbinizonun üst jileti, və 1 (bir) litrlik şüşə qabda Aİ-92 markalı benzin saat 22:30-da 9 №li aktla ərazidən götürülərək saat 23:30- da sahil nəzarəti bölməsinin saxlanc anbarına yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs sahil nəzarəti bölməsinə gələrək üzmə vasitəsinin sahibi olduğunu və xx.xx.2025-ci il tarixdə icazəsiz təyin olunmayan vaxtda rejim sularına balıq ovlamaq məqsədi ilə çıxaraq su sərhəd rejim qaydalarını pozduğunu etiraf etmişdir. Bununla əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 14:00-da təyin olunmayan vaxtda və icazəsiz rejim sularına daxil olduğu üçün vətəndaş Şəxs su sərhəd rejim qaydalarını pozduğu üçün izahat və iltizamı alınaraq SRP qismində sənədləşdicilərək 9 №li aktla üzmə vasitəsindən götürülmüş üzmə vasitəsinin bortunda olan 1 (bir) ədəd 68903 №li “Yamaha-25” mühərriki, 2 (iki) ədəd konbinizon (bataqlıq çəkməsi), 1 (bir) ədəd konbinizonun üst jileti, və 1 (bir) litrlik şüşə qabda Aİ-92 markalı benzin 10 №li aktla vətəndaş Şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Təsvir olunanları ümumiləşdirərək məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə olunmaqla inzibati qaydada cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4, 26, 34, 109-112, 113-114-cü və 571-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs istifadəsində olan inzibati xətanın bilavasitə obyekti olmuş predmet üzmə vasitəsindən götürülmüş üzmə vasitəsinin bortunda olan 1 (bir) ədəd 68903 №li “Yamaha- 25” mühərriki müsadirə edilməklə 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Xaçmaz rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar