Məhkəmə qərarları › İş №3(067)-1273/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1273/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1273/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhəri, K.Novruzov küçəsində qonşusu X3 nalayiq ifadələr ilə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında ptotokolu tərtib etmiş şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin qarşılıqlı olaraq Xaçmaz RPŞ-yə ərizələri daxil olmuşdur. Belə ki, zərərçəkmiş şəxs X7 xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə Şəxs mütəmadi olaraq onları narahat etməsi, onun ailə üzvlərini küçədə qonşularının yanında söyüb təhqir etməsi barədə Xaçmaz RPŞ-yə müraciət etməsi barədə ərizələri daxil olmuşdur. Bu barədə hər iki tərəf Xaçmaz RPŞ-nin rəhbərinin yanına dəvət olunaraq fərdi profilaktik söhbətlər aparılmışdır. Tərəflər yenidən Xaçmaz RPŞ-yə ərizələrlə müraciət edərək aralarındakı mübahisənin məhkəmədə qiymətləndirilməsini xahiş etmişlər. Ona görə də, hər ikisinin barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə müraciət edilmişdir. Həmçinin tərəflər qonşudurlar və 3 (üç) ildir ki, münasibətləri pisdir. Həmin müddət ərzində qarşılıqlı olaraq Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişlər. Soncu müraciəti isə X5 edərə Şəxs tərəfindən qonşuların qarşısında söyülərək təhqir edilməsi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, uzun illərdir həmin ünvanda yaşayırlar və zərərçəkmiş şəxslə qonşuluq münasibətləri zəmnində münaqişələr yaranmışdır. O, mahiyyəti üzrə zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətmədiyini, əksinə zərərçəkmiş şəxs tərəfindən onun ünvanına nalayiq ifadələr işləndiyini bildirmişdir. O, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 3 ildir ki barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə danışmırlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin bacısı xx.xx.2024-cü il tarixdə onun 12 yaşlı övladının üzərinə gedərək barəsində polisə müraciət edəcəyini demişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin bacısından bu barədə səbəbini soruşduqda uşağına elə ifadələr işlətmədiyini bildirmişdir. Axşam saatlarında Şəxs işdən gəlib məsələni bacısı tərəfindən öyrəndikdən sonra onun yaşadığı evin qapısına gələrək ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra bacısı tərəfindən sakitləşdirilərək öz evlərinə aparılmışdır. Şəxs onun və ailəsinin ünvanına dəfələrlə söyərək təhqir etmişdir. Bu barədə polis orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X10 izahat verərək bildirmişdir ki, hər iki tərəf onun qonşusudur. xx.xx.2024-cü il tarixdə sonuncu dəfə mübahisə zamanı səs gəldiyindən küçəyə çıxmışlar və Şəxs tərəfindən zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədilmişdir. Hər hansı döyülmə hadisəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahidlər X12 və X11 da eyni məzmunlu ifadə verərək şahid X6 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X9 izahat verərək bildirmişdir ki, Şəxs onun bacısıdır. Onların 3 ildir ki, qonşuluq münasibətləri zəmnində münaqişələri olmuşdur. Zərərçəkmiş şəxsin övladı onun ünvanına nalayiq ifadələr işlətmiş və o barəsində polisə müraciət edəcəyini uşağa demişdir. Bundan sonra zərərçəkmiş şəxs onların yaşadığı ünvana gələrək onu daş atmışdır. Şəxs məsələdən xəbərdar olduqdan sonra zərərçəkmiş şəxslə Zülfi Mustafayeva arasında münaqişə olmuşdur. Zərərçəkmiş şəxslə Zülfi Mustafayeva onun bacısının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə istintaqı zamanı şahid X14 da eyni məzmunlu ifadə verərək şahid X4 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru X8 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhəri, K.Novruzov küçəsində qonşusu X3 nalayiq ifadələr ilə söyüb təhqir etməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X7 qonşuları Almaz və Naibə tərəfindən onu nalayiq ifadələrlə söyüb təhqir etmələri barədə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. - xx.xx.2024-cü il tarixli raportdan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:47-də ünvan 6 ünvanında yaşayan X7 Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edərək Almas və Naibə adlı qonşularının onu təhqir etməsi barədə şikayətçi olmuşdur. - xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X7 qonşuları Almaz və Naibə tərəfindən onu və ailəsini nalayiq ifadələrlə söyüb təhqir etmələri barədə Xaçmaz RPŞ-yə yenidən ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs barəsində cəzasını yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar