Məhkəmə qərarları › İş №3(067)-1275/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1275/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1275/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə 15 may 1987-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xaçmaz rayon Xəstəxanasında işləyən, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 12 sentyabr 2024-cü il tarixdə Xaçmaz şəhəri, K.Novruzov küçəsində qonşusu X2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞnin İTB-nin polis sahə rəisi, polis mayoru X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X4 DİN-nin 102 zəng ximdətinə zəng vuraraq yaşadığı evin küçəsində qonşusu Şəxs onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:57 radələrində o, təkrarən DİN-nin 102 xidmətinə zəg edərək qonşusu Şəxs və Mustafayev Nail adlı şəxslərin onu təhqir etmələri barədə məlumat vermişdir. Vətəndaşın verdiyi məlumat Xaçmaz RPŞ-nin növbətçi hissəsində qeydə alınmışdır. Daxil olmuş şikayət əsasında həmin şəxslər Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunaraq izahatları alınmış və Şəxs barəsində inzibati xətalar məcəlləsinin 510-cu maddəsinə əsasən protokol trətib olunmuşdur. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətanı qəbul etməyərək izahatında göstərmişdir ki, oğlum qazidir. Müharibə vaxtı oğlu ilə əlaqə saxlamaq üçün evlərinə telefon xətti çəkdirmişlər, lakin Nailə həmin telefon xəttini qırmışdır. Ondan niyə etdiyini soruşan zaman əcəb etdiyini demişdir. Naibə və bacısı Almas onların barəsində qonşular arasında xoşa gəlməz ifadələr işlətmiş, onu və ailə üzvlərini küçədə görəndə səbəbsiz yerə söyərək təhqir etmişdir. Sentyabr ayının 09-da Naibə küçədə balaca uşağının üstünə hücum çəkərək nalayiq söyüşlər söyərək təhqir etmişdir. Bu barədə Polisə məlumat vermişdir. O, isə 10 sentyabr 2024-cü ildə Polisə müraciət edərək onu şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə o, Nailənin küçəyə çıxaraq ailəsi barəsində nalayiq ifadələr işlətdiyini eşitmiş, lakin onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında dindirilən X4 qızı göstərdi ki, artıq 30 ildir ki, həmin ünvanda bacısı ilə birlikdə yaşayır. Zülfi sonradan ev alaraq ailəsi ilə birlikdə onların qonşuluğundakı ünvana köçmüşlər. Onlar uzun müddətdir ki, onların rahat yaşamaqlarına imkan vermirlər. Nail Mustafayev çəkdiyi siqaretin kötüyünü onların həyətinə atır, pəncərənin qarşısında od yandırır, bağ sularını onların həyətinə axıdırlar. Onların bu hərəkərlərinə görə o, dəfələrlə onlara bu barədə xəbərdarlıq etmişdir. Evlərindən çıxıb harasa gedərkən qonşuların yanında həmin şəxslər ünvanlarına nalayiq söyüşlər söyərək onları təhqir edir, şərəf və ləyaqətlərini alçaldırlar. Onu və bacısını küçədə görən zaman sataşır və qeyri etik sözlər işlədirlər. Onların valideynləri vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, Naibə Cəbrayılova və Şəxs onun qonşularıdı. Tikilmiş hamam üstündə hər dəfə dava düşmüşdür. O, bir böyük olaraq onların hər ikisinə məsləhət verərək, onlara dava-dalaş salmamağı, bir-birilərini söyərək təhqir etməmələri bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, K.Novruzov küçəsi, ev 12 ünavnında ailəsi ilə birgə yaşayır. Şəxs və Naibə Cəbrayılova ilə Almas Cəbrayılova bacıları qonşularıdır. Hər dəfə küçəyə səs-küyə söyüş təhqir səslərinə çıxmışlar. Küçədə bir-birilərini nalayiq ifadələrlə təhqir edirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Şəxs və Naibə Cəbrayılova ilə Almas Cəbrayılova bacıları qonşularıdır. Hər dəfə qonşular arasında küçədə dava-dalaş düşür, səs-küy olur. Sonuncu dəfə 12 sentyabrda küçədən səs-küy gələn zaman küçəyə çıxmışlar. Bu zaman küçədə Naibə Zülfi və onun oğlunu nalayiq ifadələrlə söyürmüş. Zülfi həmin vaxt küçədə yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən evdə iki bacı yaşayırlar. Valideynləri vəfat etmişlər. Həmin bu qonşu Şəxs qonşuluqlarına köçən vaxtdan onlarla mübahisə edir, yola getmir. Küçədə onları söyərək təhqir edir. O, Xaçmaz rayon Polis Şöbəsində işləyir. Onun ünvanına da küçədə nalayiq sözlər, ifadələr işlədir. İşlədiyi yerdə onları şikayət edərək narahat edir. Naibə o, onları söydüyünə görə cavab qaytarmışdır, yoxsa onları təhqir etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 10 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar