Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1276/2022 23.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon prokurorluğunun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1959-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi ev 104-də qeydiyyatda olmaqla Xaçmaz rayonunun Niyazoba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasnın Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixi 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub xx.xx.2022-ci il tarixdə ümumi çəkisi 5 kq 300 qram olan 01 (bir) ədəd nərə cinsli balığı “Nİ-3206” bort nömrəli üzmə vasitəsində Xaçmaz rayonundan Xəzər dənizinə daxil olaraq ovlamış, bununla da Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, təxminən iki ay əvvəl qayıqla Xəzər dənizinə icazə ilə girmiş, qayıqla bir qədər üzdükdən sonra dənizdə köhnə tor və həmin torda bir ədəd balıq olduğunu görmüş, həmin balıq boğularaq ölmək üzrə olmuşdur. Onlara tapşırılmışdır ki, tora tutulması qadağan olunmuş diri balıq düşərsə, dənizə buraxsınlar, ölü olduğu halda isə ekologiya idarəsinə təhvil versinlər. O, həmin balığı qayığa qoyaraq sahilə çıxmış, bu zaman DSX-nin əməkdaşları ona yaxınlaşaraq həmin balığı qayıqda aşkar etmiş və fotoşəkilləri çəkilmişdir. Həmçinin bildirmişdir ki, o, 2019-cu ildə qanunsuz balıq ovladığına görə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmənin hökmü ilə cərimə cəzasına məhkum edilmişdir. Həmçinin əlilliyinin olmadığını bildirmişdir. Barəsində az məbləğdə olmaqla cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokurorluğunun nümayəndəsi barəsində inzibati xətaya dair icraat aparılan şəxsin cərimə edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, baş vermiş hadisədə özünü təqsirli bilmədiyini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Lakin inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirə edilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1959-cu ildə Abşeron rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1100 (min yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1276/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1276/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver