Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1278/2024 11.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.2-ci və 528.1-1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası İXP-nin 529.2-ci maddəsinə əsasən 11 oktyabr 2024cü il tarixli, MN seriyalı ******* və Azərbaycan Respublikası İXP-nin 528.1-1-ci maddəsinə əsasən 11 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şəxs Xaçmaz rayon məhkəməsinin 3(067)-691/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 500 manat məbləğində inzibati cərimədən heç bir ödəniş etməyərək və Xaçmaz rayon məhkəməsinin 2(067)-2461/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qalıq qalmış 1800 manat məbləğində pulu tələbkarın xeyrinə ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 3(067)-1279/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(067)-1278/2024 saylı və 3(067)- 1279/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(067)-1278/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə 2023-cü ilin yanvar ayında daxil olmuşdur. Həmin icra sənədi üzrə borclu Şəxs 3481 manat məbləğində borc pul və 55 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərəfindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuş, lakin borclu ödəniş etmədiyi üçün barəsində məcburi icra tədbirləri görülmüşdür. Belə ki, borclunun iş yeri olduğu üçün onun əmək haqqına yönəldilmiş, lakin sonradan iş yerindən azad olunduğundan borc pul tam olaraq tutulmamışdır. Belə olan halda borclu barəsində tərəflərindən məcburi icra tədbirləri görülmüş və Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hazırda borclunun tələbkarın xeyrinə ödənilməmiş 1800 manat məbləğində pul borcu qalmışdır. Həmçinin digər icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 2024-cü ilin avqust ayında daxil olmuş və həmin icra sənədi üzrə borcludan 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi üzrə borcluya tərəfindən icraata başlamaq haqqında qərar, bildiriş təqdim olunmuş, xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən ödəniş edilməmişdir. Borclu dəfələrlə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmasına baxmayaraq gəlməmiş və barəsində Xaçmaz RPŞ-yə məcburi gətirilməsinə dair müraciət olunmuş, Xaçmaz RPŞ-nin əməkdaşı tərəfindən bu gün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Şöbədə onun izahatı alınaraq 1800 manat borc puldan və 500 manat inzibati cərimədən ödəniş etməsi təklif olunsa da, həmin məbləğlərdən ödəniş etmədiyi üçün barəsində inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. O, inzibati xəta haqqında protokolların təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.2-cu və 528.1-1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Azərbaycan Respublikası DSX-da işlədiyi müddət ərzində onun əmək haqqından pul ödənişləri tutulmuşdur. Lakin xidməti müqaviləsi bitdiyi üçün işindən azad olduqdan sonra bir müddət işsiz olduğu müddət ərzində ödəniş edə bilməmişdir. Təxmminən bir ay əvvəl tələbkarın xeyrinə 250 manat məbləğində pul ödənişi etmişdir. Bu barədə evində ödəniş qəbzi də vardır. Onun 25 gün ərzində ödəniş etməli olması barədə məlumatı olmamışdır. Bundan əvvəlki ay xəstə olması ilə əlaqədar olaraq işsiz olmuşdur. Lakin bu ay işləmişdir. Bu ayın sonunadək həmin məbləğləri ödəyəcəkdir. İcra məmurunun çağırışlarına getməməsinin səbəbi isə ödəniş etməyə maddi imkanının olmaması olmuşdur. Lakin Xaçmaz RPŞ-yə bu işlə əlaqədar olaraq çağırıldığında PŞ-yə getmişdir. O, barəsində həbslə əlaqədar olmayan alternativ cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. O, əlilliyinin olmadını bildirmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tərtib olunmuş inzibati xəta haqqında 11 oktyabr 2024-cü il tarixli, MN ******* və MN 2088075saylı inzibati xəta haqqında protokollardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz rayon məhkəməsinin 3(067)-691/2024-cü il tarixli icra sənədinə əsasən 500 manat məbləğində inzibati cərimədən heç bir ödəniş etmədiyinə görə, İXM-nin 529.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli, 3(067)-691/2024 saylı icra vərəqəsindən müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 manat cərimə inzibati tənbeh təyin edilmişdir - xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. - Borclunun xx.xx.2024-cü il tarixli izahatından və ona təqdim olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüş, lakin qeyd olunan icra sənədi üzrə cərimədən heç bir ödəniş etməmişdir. - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2461/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qalıq qalmış 1800 manat pulu tələbkarın xeyrinə qərəzli olaraq ödəniş etmədiyinə görə, İXM-nin 528.1-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixli, 2(067)-2461/2022 saylı icra vərəqəsindən müəyyən edilir ki, Şəxs 3481 manat məbləğində pul və ödənilmiş 55 manat dövlət rüsumu alınaraq X3 verilməlidir. - xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. - Borclunun xx.xx.2024-cü il tarixli izahatından müəyyən olunur ki, icra sənədi üzrə cəmi 3536 manat məbləğində pul tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borcdan tələbkarın xeyrinə ödənişlər etmiş və hazırda ödənilməmiş 1800 manat məbləğində borcu qalmışdır. O, fərdi əməklə məşğuldur və aylıq 300-350 manat qazancı vardır. Həmçinin İcra məmuru onu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət etməsinə baxmayaraq, o çağırışlara getməmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən onun adında hər hansı əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin, bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddində tənbeh tətbiq etməlidir. İXM-in31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1--ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlindən səmimi peşmanlıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İXM-in 33.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxseyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” 8 iyun 2022-ci il tarixli Qərarına əsasən İnzibati xətalar qanunvericiliyində müəyyən edilmiş bu qayda inzibati məsuliyyətə cəlbetmənin tərbiyəedici, xəbərdaredici məqsədlərinə nail olmağa yönəlmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquq pozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Odur ki, Şəxs İXM-nin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.1998-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, barəsində 180 saat müddətində ictimai işlər növündə inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1278/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1278/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver