Məhkəmə qərarları › İş №3(067)-1279/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1279/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1279/2024 11.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.2-ci və 528.1-1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Azərbaycan Respublikası İXP-nin 529.2-ci maddəsinə əsasən 11 oktyabr 2024cü il tarixli, MN seriyalı ******* və Azərbaycan Respublikası İXP-nin 528.1-1-ci maddəsinə əsasən 11 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şəxs Xaçmaz rayon məhkəməsinin 3(067)-691/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 500 manat məbləğində inzibati cərimədən heç bir ödəniş etməyərək və Xaçmaz rayon məhkəməsinin 2(067)-2461/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qalıq qalmış 1800 manat məbləğində pulu tələbkarın xeyrinə ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 3(067)-1279/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(067)-1278/2024 saylı və 3(067)- 1279/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(067)-1278/2024 nömrə altında baxışa təyin edilmişdir. Belə ki, materiallar araşdırılarkən müəyyən edildi ki, məhkəməyə daxil olmuş həmin işlər üzrə eyni şəxs tərəfindən ayrı maddələrdə göstərilən xətaların törədilməsinə görə iki material tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır Həmçinin iş № 3(067)-1279/2024 saylı inzibati xətaya dair iş bir icraatda birləşdirilməli olduğundan, həmin iş maddənin sanksiyasında daha yuxarı cəza növü göstərilən nömrə altında, yəni 3(067)-1278/2024 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrinə əsasən, QƏRARA ALDİ: 3(067)-1278/2024 və 3(067)-1279/2024 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Həmin işlərə 3(067)-1278/2024 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar