Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1280/2022 24.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xətaya dair materialdan görünür ki, o, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin xx.xx.2019-cu il tarixli MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli icra sənədlərinə əsasən, hər icra sənədi üzrə 200 manat olmaqla, cəmi 600 manat inzibati cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəməli idi. Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müdddətində qanunla müəyyən edilmiş əsaslar olmadan tam icra etmədiyinə görə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 08 avqust 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və xəbardarlığı almışdır. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarlardan görünür ki, Şəxs hər qərar üzrə 200 (iki yüz) manat (cəmi 600 manat) cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1979-cu ildə Xaçmaz rayonunun Sabir-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1280/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1280/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver