Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1283/2022 19.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Şikayət verən şəxs X6, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin nümayəndəsi X4 iştirakı ilə X6 Azərbaycan Respublikası Qida X2 regional bölməsinin xx.xx.2022-ci il tarixli, MN №1126635 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X11 məhkəməyə müraciət edərək Qida X2 regional bölməsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN №1126635 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Qida X2 Regional Bölməsinin MN № ******* saylı iş üzrə 27 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış, 500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. O, hesab edir ki, Qida X2 Regional Bölməsinin iş üzrə çıxardığı qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Qərarda göstərilir ki, onun barəsində baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə və heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan satışına görə qəbul edilmiş inzibati tənbehvermə haqqında MN № ******* saylı izibati xəta haqqında qərar və qərara əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. O, bu qərar ilə qətiyyən razılaşmır. Belə ki, Qida X2 Regional Bölməsinin əməkdaşı ona bildirmişdir ki, guya o, xüsusi ət kəsilən yerdə mal kəsmir və ondan şikayət olunmuşdur. Cavabında o, ondan xahiş etmişdir ki, şikayətçini ona təqdim etsin. Lakin əməkdaş ona şikayətçinin adını çəkməkdən imtina etmişdir. O, 1003-ə zəng vurmuş, oradan da ona şikayətçinin adını verə bilməmələrini demişlər. Həmçinin Qida X2 Regional Bölməsinin əməkdaşları onu vəzifəli şəxs kimi göstərmişlər, lakin o, fiziki şəxsdir (VÖEN **********). O mütəmadi olaraq qəssabxanada ət kəsir, bu barədə onun qəbzləri də vardır. X15 müraciət edərək onu son bir ildə həmin məntəqədə kəsdiyi mallar barədə arayış verilməsni xahiş etmiş, onlar buna əməl etməmişlər və ona demişlər ki, onların arayış verməyə ixtiyarları yoxdur. Beləliklə, o belə başa düşmüşdür ki, bunların şikayətləri qeyri- qanunidir və onlar kimi zəhmətkeş insanlardan cərimə yazaraq pul qopartmaq məqsədi daşıyır. Çox təəssüf ki, Qida X2 Regional Bölməsi formal mülahizələr əsasında qərar qəbul etmişdir. Ona görə də həmin qərar ləğv olunmalıdır. Göstərilənlərə əsasən, Qida X2 regional bölməsinin xx.xx.2022-ci il tarixli, MN №1126635 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, qəssab işləyir, mal-qaranın alınmasını, kəsib satmanı da özü həyata keçirir. Yoxlama günü o, baytarlıqdan arayış almamışdır, belə ki, o həmin gün heyvan kəsimi məntəqəsinə heyvanı kəsdirməyə aparmış, lakin orada ona bildirmişlər ki, heyvanı kəsəndən sonra ətini həmin gün satış məntəqəsinə o özü aparmalıdır, halbuki çatdırmanı heyvan kəsimi məntəqəsi özü etməlidir. Ona görə də o, həmin gün heyvanı orada kəsdirmədən, baytarlıqdan arayış (ekspertizası) almadan özü kəsərək satmışdır. Ona şikayət əsasında yoxlama aparıldığı bildirilərək yoxlama aparılmış, lakin o. protokolu imza edərkən oxumadan imza etmişdir. Məhkəmə iclasında Qida X2 regional bölməsinin nümayəndəsi bildirmişdir ki, 1003 Çağrı mərkəzindən daxil olan şikayət əsasında X6 ət satışı məntəqəsində plandankənar yoxlama aparılmış və onun baytarlıq arayışı olmadan ət satışı həyata keçirməsi aşkar olunmuşdur. Yavər Hüseynov İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxs kimi inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə X5 daxil olmuş “Təhlükəli qida haqqında məlumat”ın surətindən görünür ki, həmin Agentliyə Xaçmaz rayonunun Çiləgir kəndində fəaliyyət göstərən X1 fəaliyyəti ilə məşğul olduğu ət satışı mağazasında mənşəyi məlum olmayan, qanunsuz ət satışının həyata keçirilməsindən şəxs tərəfindən şikayət edilmişdir. İş materiallarına əlavə edilmiş Qida X2 regional bölməsinin 06 iyul 2022-ci il tarixli qərarından görünür ki, X9 (VÖEN: **********) Xaçmaz rayonunun Çiləgir kəndi ərazisində yerləşən ət satışı mağazasında plandankənar yoxlamanın keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 15 iyul 2022-ci il tarixli “Sahibkarın obyekt(lər)inə baxış keçirilməsi haqqında” protokolun və həmin tarixli inzibati xəta haqqında MN ******* saylı protokolun surətlərindən görünür ki, həmin tarixdə Qida X2 regional bölməsinin Heyvan sağlamlığı və Baytarlıq nəzarəti sektorunun əməkdaşı tərəfindən X9 Xaçmaz rayonunun Çiləgir kəndində yerləşən ət satışı mağazasına baxış keçirilmiş və baxış zamanı həmin mağazada baytarlıq-sanitariya ekspertizasından keçməmiş müşayiətedici sənədi olmayan ət satışı aşkar olunmuş, bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin baxış keçirilməsi barədə protokol X11 tərəfindən də imzalanmışdır. İş materiallarında olan inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X12 Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə görə 500 (beş yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 Qida X2 regional bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1283/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1283/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver