Məhkəmə qərarları › İş №3(067)-1286/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1286/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1286/2022 22.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X1, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekoloğiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs tərəfindən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan texniki və tullantı suları kənara, çöllərə təyinatsız axıdılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həqiqətən də ona məxsus avtoyuma məntəqəsinin çirkab suları ətrafa axıdılır. Buna səbəb də ərazidə kanalizasiya qurğusunun olmaması və şambonun dolmasıdır. Belə ki, avtoyuma məntəqəsindən axıdılan suların çirkab suları şamboya axıdılır. Qurğu ilə əlaqədar müqavilə bağlanıb bu yaxın vaxtlarda quraşdırılacaq. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekoloğiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, Şəxs tərəfindən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan texniki və tullantı suları kənara, çöllərə təyinatsız axıdılmışdır. İş materiallarında olan inzibati xəta haqqında 74470 saylı Aktdan görünür ki, Şəxs tərəfindən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan texniki və tullantı suları kənara, çöllərə təyinatsız axıdılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar