Məhkəmə qərarları › İş №3(067)-1287/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1287/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1287/2022 25.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xətaya dair protokol tərtib edilən şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs istifadəsində olan avtoyuma məntəqəsində formalaşan çirkab suların ətraf əraziyə təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, Xaçmaz şəhərində fiziki şəxs Şəxs tərəfindən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan texniki və tullantı sularının kənara, çöllərə təyinatsız axıdılması aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair protokol tərtib edilən şəxs izahatında bildirmişdir ki, o, Xaçmaz şəhərində, “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında avtoyuma məntəqəsini icarə əsasında olmaqla şəxsən özü işlədir. Son günlər müəyyən səbəblərdən suyun təyinatı üzrə axıdılması mümkün olmamış, ona görə də həmin sular ətraf ərazilərə axıdılmışdır. İnzibati material üzrə özünü təqsirli bilərək barəsində cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarında olan 05 avqust 2022-ci il tarixli 74471 saylı aktdan və inzibati xəta haqqında MN ******* nömrəli protokoldan müəyyən edilir ki, qeyd olunan tarixdə Xaçmaz şəhəri, Bakı prospektində, Xaçmaz-Xudat avtomobil yolunun sol tərəfində, “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında fəaliyyət göstərən Şəxs icarəsində olan avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan çirkab sularının daşınması təmin olunmayaraq ətraf relyefə axıdılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: xx.xx.1987-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar