Məhkəmə qərarları › İş №3(067)-1288/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1288/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1288/2022 10.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Vidadi Dadaşovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Aran küçəsi ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-809/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış 11880 manat aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəniş etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs 2(067)-809/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iki uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alıment tutularaq X1 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da, o, aliment ödəməmiş, icra şöbəsinə gəlməmişdir. Hazırda 11880 manat aliment borcu var. Aliment tələbi üzrə bu günədək heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, səhhəti ilə əlaqədar işləməmişdir, alimenti də ondan tələb etməmişlər. 11880 manat aliment borcundan məhkəmə iclasında icra məmuruna 500 manat ödəyərək, qalan aliment borcu məbləğini isə hər ay 300-400 manat olmaqla ödəyəcəyini bildirərək İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Xaçmaz RPŞ-nin məktubundan görünür ki, barəsində xx.xx.2022-ci il tarixdən axtarış elan edilmiş Şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 09 avqust 2022-ci il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə və Xaçmaz rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar