Məhkəmə qərarları › İş №3(067)-129/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-129/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-129/2022 31.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 X10 yol-patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zakir oğlunun iştirakları ilə, xx xxxxxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Zakir oğlu haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs Zakir oğlu 13 dekabr 2021-ci il tarixdə saat 08-30 radələrində idarə etdiyi «Mersedes Benz 260» markalı, 10XG817 dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ərazidə xidməti vəzifəsini icra edən Xaçmaz rayon X8 X10 yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X8 X10 yol-patrul xidməti inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs Zakir oğlu 13 dekabr 2021-ci il tarixdə saat 08-45 radələrində idarə etdiyi «Mersedes Benz 260» markalı, 10XG817 dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə tərəflərindən saxlanılmış, tibbi müayinə zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs Zakir oğlu özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 13 dekabr 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi «Mersedes Benz 260» markalı, 10XG817 dövlət nömrə nişanlı avtomaşını ilə Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən ərazidə xidmətdə olan Xaçmaz rayon X8 X10 yol-patrul xidməti inspektoru tərəfindən saxlanılmış, alkotestr müayinə cihazı ilə tibbi yoxlama zamanı onda guya alkoqol sərxoşluğu müəyyən edilmişdir. O, alkotestr cihazının cavabdından razı olmadığından əməkdaşlarla birlikdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında da həkim müayinəsindən keçirilmiş, həkim-narkoloq müayinə cihazının üzərinə spirt vuraraq onu müayinə etmiş və onda guya yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Həmin sənədlərlə razı deyil, o, nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmamış, ümumiyyətlə spirtli içki qəbul etmir. Yol-patrul xidməti inspektorları qərəzli olaraq onun barəsində sənədləşmə aparmışlar. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon X8 X10 yol-patrul xidməti inspektoru X9 göstərdi ki, 13 dekabr 2021-ci il tarixdə Xaçmaz rayon X8 X10 yolpatrul xidməti inspektoru Rəşad Babayevlə birlikdə Xaçmaz şəhəri ərazisində xidmət apardıqları zaman Xaçmaz şəhəri sakini Şəxs Zakir oğlunu nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə saxlamışlar. Şəxs spirtli içki qəbul etməsindən şübhələndiklərindən onu alkotestr müayinəsindən keçirmişlər və müayinə zamanı Şəxs 0,3 promil alkoqol sərxoşluğu olduğunu cihaz göstərmişdir. Şəxs alkotestrin cavabından razı olmadığından nəticəsi ilə razı olmamış və onun xahişinə əsasən onlar Xaçmaz Mərkəzi rayon Xəstəxanasına müayinəyə gəlmişlər. Həkim narkoloq tərəfindən Şəxs tibbi cihazla müayinə edilərkən onda həqiqətən 0,3 promil (yüngül dərəcə) alkoqol sərxoşluğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Tərəflərindən hər hansı neqativ hallara, yaxud qanun pozuntusuna yol verilməmiş, olan fakt üzrə sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının həkim-narkoloqu X2 göstərdi ki, 13 dekabr 2021-ci il tarixdə səhər saatlarında Rəsulov X7 rayon X8 X10 yol-patrul xidməti inspektorları ilə birlikdə tibbi müayinəyə gəlmiş, alkotestr cihazının verdiyi nəticə ilə razı olmadığından onun yenidən müayinədən keçirilməsini xahiş etmişdir. Şəxs tərəfindən “Dinqo 2” müayinə cihazı ilə müayinədən keçirilmiş və cihazın göstərdiyi nəticəyə əsasən Rəsulovda 0,3 promil (yüngül dərəcə) alkoqol sərxoşluğu müəyyən edilmişdir. Müayinə cihazının nəticəsini bildikdən sonra Şəxs özü axşam yemək yeyərkən 2 stəkan şərab içdiyini etiraf etmişdir. Onun tərəfindən Şəxs qarşı hər hansı neqativ, qərəzli hallara, yaxud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Zakir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 13 dekabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 X10 əməkdaşının izahatı, şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs Zakir oğlunun 13 dekabr 2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmaması, yol-patrul xidməti inspektorlarının qərəzli olaraq onun barəsində sənədləşmə aparmaları və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli, 48 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs Zakir oğlu 13 dekabr 2021-ci il tarixdə saat 09:35 radələrində Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim narkoloqun müayinəsindən keçirilmiş və onda 0,3 promil- yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs Zakir oğlu “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Zakir oğlunun ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs Zakir oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs Zakir oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Zakir oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar