Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1295/2022 12.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Bünyatzadə küçəsi ev 4-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2(067)-1434/2016 saylı və 17 oktyabr 2019-cu il tarixli 2(067)-2896/2019 saylı icra sənədlərini icra etməmiş və tələbkarın xeyrinə 8285 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1434/2016 saylı icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində sabit aliment alınaraq X1 verilməsi təmin olunmalı, xx.xx.2019-cu il tarixli 2(067)-2896/2019 saylı icra sənədinə əsasən isə alimentin məbləği artırılaraq bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi təmin edilməlidir. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da, o, alimenti ödəməmiş, icra şöbəsinə gəlməmişdir. Hazırda 8285 manat aliment borcu var. Əlavə olaraq bildirdi ki, Şəxs axtarış qərarı əsasında xx.xx.2022ci il tarixdə tutularaq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, bir uşağın saxlanılması üçün verməli olduğu alimentdən bu vaxtadək ödəniş etməmiş, onun 8285 manat aliment borcu vardır. Alimenti ödəyəcəyinə söz verdiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Həmçinin bildirdi ki, o, axtarış qərarı əsasında xx.xx.2022-ci il tarixdə polis tərəfindən tutularaq icra və probasiya şöbəsinə təhvil verilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Xaçmaz RPŞ-nin məktubundan görünür ki, barəsində xx.xx.2022-ci il tarixdən axtarış elan edilmiş Şəxs saxlanılaraq Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 11 avqust 2022-ci il tarixdən, saat 00:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1295/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1295/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver