Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1296/2023 30.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, X1 iştirakları ilə, 16 noyabr 1980-cı ildə Xaçmaz rayonunun Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonunun Sabiroba kəndində yaşayan X3 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17174111 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17174111 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 29 sentyabr 2023-cü il tarixdə saat təxminən 10:00 radələrində yoldaşının səhhətinin pis olduğunu görüb bununla bağlı tez Xaçmaz rayon X4 Tibbi Yardım məntəqəsinə məlumat vermiş, lakin təcilli tibbi yardımı gəmədiyini görüb yoldaşını özünə məxsus nəqliyyat vasitəsinə qoyaraq xəstəxanaya yola düşmüşdür. Həmin vaxt Xaçmaz Xudat körpüsündə təmir tikinti işləri getdiyindən o, başqa digər yolla getməli olmuşdur. Həmin vaxt o, nəqliyyat vasitəsini sürətlə idarə etdiyindən yolda quraşdırılmış nəzarət kamerasına düşərək 300 manat məbləğində cərimə edilmişdir. Buna baxmayaraq yoluna davam etmişdir, həmin vaxt o, Quba yolunda təcilli tibbi yardım maşını ilə rastlaşmış və təcilli tibbi yardım maşınını saxlataraq yoldaşını həmin nəqliyyat vasitəsinə yerləşdirərək özü də idarə etdiyi nəqliyyat vasitəsi ilə onun arxasınca getmişdir. Qeyd olunan üzürlü səbəbləri nəzərə alaraq məhkəmədən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17174111 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Xaçmaz rayon polis İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 X13 dövlət avtomobil müfəttişi polis kapitanı X7 məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17174111 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X6 29 sentyabr 2023-cü il tarixdə yoldaşının səhhətindən narahat olduğu üçün onu təcilli tibbi yardıma çatdırılması üçün sürət həddini aşdığını və buna görə cərimə olunduğunu bilidirsə də, yoldaşının həmin vaxt hansı diaqnoz ilə xəstəxanada qeydiyyata alınması ilə bağlı hər hansı bir üzürlü sayılacaq həkim arayışını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə üç yüz manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17174111 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17174111 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1296/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1296/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver