Məhkəmə qərarları › İş №3(067)-1296/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1296/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1296/2025 23.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsi, ev 14, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi üzrə tərtib olunmuş 03 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə 03 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokola görə Şəxs tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tələb olunmasına baxmayaraq müqavilələrin elektron sənəd formasına keçirilməsi 03 sentyabr 2025-ci il tarixdə təmin olunmamışdır. Bununla da Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək, 2024-cü ildə Azərbaycan Respublikası Qanununa əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Əməklə Məşğulluq az sistemində olan əmək müqavilələri elektron əmək müqaviləsi keçidi ilə bağlı müddətlər müəyyən olunmuşdur. Dövlət müəssisələrində yanvar 2025-ci il, 01 yanvar 2025-ci il tarixədək, qeyri dövlət müəssisələrində isə 01 iyul 2025-ci il tarixədək həmin qüvvədə olan müqavilələr elektron əmək müqaviləsinə keçid olmalı idi. Bununla bağlı müddət keçdikdən sonra bir ay, artıq iyuldan sonra müəyyən etdik ki, Şəxsndə direktor daxil olmaqla beş nəfər işçinin əmək müqaviləsi elektron əmək müqaviləsinə keçid olunmayıb. Siyahı əlavə olunub işə, bununla əlaqədar onlar 28 iyulda Şəxsnə icrası məcburi olan göstəriş məktubu göndərmişlər və 10 il günü müddətində qeyd olunan hüquq pozmanı aradan qaldırılması onlardan tələb olunmuşdur. Məktubları da onlara çatıb 04 avqust 2025-ci il tarixdə, buna baxmayaraq müəssisə verilən göstərişi icra etməmişdir. Aşkar olunmuş xəta ilə əlaqədar 529.1-1 maddəsi ilə əlaqədar protokolun tərtib olunmasında iştirak etmək məqsədi müəssisəyə 20 avqust 2025-ci il tarixdə təkrar məktub göndərilmiş və hansı tarixdə protokolun tərtib olunmasında onda olan hər hansı bir təsdiq edici sənədlərin təqdim edilməsi təklif olunmuş və dəvət olunmuşdur, X2 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinə məktubları ona poçt vasitəsi ilə izləməklə baxdıqda görünmüşdür ki, məktubların hamısı çatmışdır. 25 avqust 2025-ci ildə protokolun tərtib olunmasına dəvət məktubu da ona çatmışdır. Buna baxmayaraq gəlməmişdir, bununla əlaqədar olaraq 539.1-1-ci maddəsi ilə həm hüquqi şəxs həm də vəzifəli şəxs qismində protokol tərtib olunmuşdur və baxılması üçün hüquqi şəxs barəsində tərtib olunan protokol baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Müəssisənin hüquqi ünvanı Xaçmaz rayonunda yerləşir, protokol tərtib olunduqdan sonra vəzifəli şəxs qismində X2 artıq 16 sentyabr 2025-ci il tarixdə vəzifəli şəxs barəsində qərar qəbul edilərək 1000 manat cərimə olunmuşdur. Ona elə gəlir ki, tərtib olunmuş protokol Əmək Məcəlləsinin tələblərinə uyğundur və məhkəmədən xahiş etmişdir ki, hüquqi şəxs Şəxs barəsində 529.1-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün müvafiq qərar qəbul etsin, bundan əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istədiyini bildirərək, qeyd etmişdi ki, 116-cı maddəyə əsasən İnzibati Xətalar Məcəlləsinə əsasən X2 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi vəzifəli şəxs barəsində şərti qərar qəbul olunmuşdur. Çünki 529.1-1-ci maddə son bir il ərzində ilk dəfədirsə o, şərti qəbul olunur. Bu baxımdan da onlar vəzifəli şəxs barəsində şərti qəbul etmişlər və on gün müddətində yenə də ona müddət vermişlər ki, hüquq pozma aradan qaldırılsın. Hüquq pozmanı yenə də aradan qaldırsa bu cərimə onun tərəfindən ödənilməyəcəkdir. Buna baxmayaraq tərəf gəlmir, göstərişi icra etmir, müqavilələr də köhnə qaydada sistemdə qalmaqdadır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkibi vardır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinin əmək müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş 03 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tələb olunmasına baxmayaraq müqavilələrin elektron sənəd formasına keçirilməsi 03 sentyabr 2025-ci il tarixdə təmin olunmamışdır. Bununla da, Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 28 iyul 2025-ci il tarixli, 3-17-5/2-66720/2025 nömrəli icrası məcburi göstərişdən görünür ki, “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı Şəxs tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu aşkar edilmiş və qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyinə əsasən elektron sənəd formasına keçirilməsinin 10 (on) gün müddətində təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 20 avqust 2025-ci il tarixli, 3-17-5/2-74128/2025 nömrəli məktubundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:00-da inzibati xəta haqqında protokolun tərtib olunmasında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə dəvət olunmuşdur. İş materiallarında olan “göndərişlərin izlənməsi” ilə bağlı çıxarışdan görünür ki, SS928841291 nömrəli göndəriş xx.xx.2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəxs ünvanlanmış 20 avqust 2025-ci il tarixli, 3-17-5/2-74128/2025 nömrəli məktubundan görünür ki, Şəxs inzibati xəta haqqında Protokol tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:00-da X3 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. İş materiallarında olan “göndərişlərin izlənməsi” ilə bağlı çıxarışdan görünür ki, SS928841291 nömrəli göndəriş xx.xx.2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həmin inzibati cərimə şərti olaraq tətbiq edilməlidir. Şəxs törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Şəxsnə 2000 manat məbləğində inzibati cərimə şərti tətbiq edilsin Şəxs törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar