Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1297/2025 09.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 34, mənzil 9 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və X6 Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2928/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 2400 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini Xaçmaz rayon İcra və Probasiya Şöbəsində yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat aliment pulu alınaraq X3 ödənilməlidir. Şəxs alimenti vaxtı-vaxtında ödəməmiş və hazırda 2400 manat aliment borcu vardır. Həmçinin oktyabr ayına qədər olan borca görə Şəxs adına olan torpaq sahəsi tələbkarın adına qeydə alınmışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş, çağırışlara gəlmədiyi və telefon zənglərinə cavab vermədiyi üçün barəsində axtarış verilmişdir. O, borclu barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs bundan öncə də 3 dəfə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində həbs növündə inzibati tənbeh təyin edilmişdir. Bundan sonra yığılan aliment borcu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı söhbətlər aparmışdır. Bundan sonra adına olan torpaq sahəsini tələbkara bağışlamaqla yığılan aliment borcunun silinməsi ilə razılığa gəlmişlər. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, qeyd olunan maddə ilə özünü təqsirli bilir. Xarici ölkədə işləmiş, əmək haqqı yaxın vaxtlarda ödəmənilməlidir. Əmək haqqı ödənildiyində borcunu ödəyəcəkdir. Hazırda isə bağ sahələrində işləyir. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icra məmurunun çağırışlarına hər zaman getmiş, icra məmuru ona zəng etmişsə, xəbəri olmadığı üçün telefon zənglərinə cavab verməmişdir. Uşaqları ilə görüşməyə icazə verilmədiyi üçün 7 ildir ki, övladlarını görmür, kiçik qızını sonuncu dəfə 3 yaşında görmüşdür. O, aliment borcunu yaxın vaxtlarda ödəyəcəkdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu yalan danışır, heç yerdə işləmir. O, özü bağlarda işləyib uşaqları saxlayır. Uşaqlar xəstə olub, xəstəxanada müalicə alanda uşaqlarla maraqlanmamışdır. O, borclunun həbs olunmasını istəmir, işləyib, aliment borcunu ödəməsini tələb etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 09 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-2928/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 34, mənzil 9 ünvanında qeydiyyatda olan cavabdeh Şəxs 27 avqust 2011-ci ildə anadan olmuş X9, 11 sentyabr 2013-cü ildə anadan olmuş X8 və 26 mart 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 23 sentyabr 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 240 manat miqdarında aliment tutularaq iddiaçı X3 verliməlidir. İddiaçı X2 azad edildiyi 30 manat məbləğində dövlət rüsümu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. - xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 2(067)-2928/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Borcluya xx.xx.2025-ci il tarixdə “Xəbərdarlıq” məktubu təqdim olunmuşdur. - xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən edilir ki, xx.xx.2025-cil tarixdən axtarış elan olunmuş Şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixdə borclu Şəxsov Zakir oğlunun Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, o, vaxtı-vaxtında aliment ödəmiş və hazırda 2400 manat aliment borcu vardır. Qeyd olunan borcu ödəməkdən boyun qaçırmır. 2025-ci ilin noyabr ayının sonunadək 2000 manat ödəməyə söz vermiş, yaranmış aliment borcunu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə ona xəbərdarlıq edilmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında “hərhansı əmlak və ya gəlir müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1297/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1297/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver