Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1298/2022 12.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon Polis şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Xaçmaz rayonunun Qoçaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsi ev 6-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Yalama polis bölməsinin əməkdaşlarına tabesizlik göstərərək növbətçi hissənin iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilməyərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında özünə məxsus olan, Nabran kəndində yerləşən “Məkan” istirahət mərkəzində olarkən polis əməkdaşları ora gələrək onu oğurluq faktı ilə əlaqədar Yalama PB-yə dəvət etmişlər. O, həmin polis bölməsinə gedəndə orada növbətçi hissədə polis serjantı ondan niyə gəldiyini soruşmuş, o isə həmin polisə ona pois bölməsinə gəlməsini dedikləri üçün gəldiyini bildirmiş, həmin polis serjantı isə ona demişdir ki, “niyə sərt danışırsan, bəlkə, məni vurasan?!” O, polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X2 bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə Yalama PB-nin növbətçi hissəsində xidmətdə olmuşdur. Bu vaxt həmin polis bölməsinin xidmətdə olan polis əməkdaşları Şəxs PB-nin inzibati binasına dəvət etmişlər. Şəxs PB-nin binasına daxil olduqdan sonra növbətçi hissənin əməkdaşları ilə aqressiv şəkildə danışmağa başladı. Onlar onun nizam intizama, polisin iş fəaliyyətini pozmamağa çağırmışlar. Məhkəmə iclasında izahat vermiş şahid X3 bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə Yalama PB-nin əməkdaşları ilə birlikdə Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Məkan” istirahət mərkəzinin sahibi olan Şəxs oğurluq faktı ilə əlaqədar Yalama PB-yə dəvət edərkən o, onlarla aqressiv danışaraq tabesizlik göstərməyə başlamışdır. Daha sonra onlar onu sakitləşdirərək polis bölməsinə dəvət etmişlər. Şəxs polis bölməsinə gələrək orada növbətçi hissədə serjant Bəhruz Əliyev ilə mübahisə edib polisin iş fəaliyyətini pozmuşdur. Bundan əlavə, Dostmət Yusifov onlara “sizin başınıza oyun açacağam” demişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatlardan, şahidlərin məhkəmə iclasında verdikləri izahatlardan, müəyyən edilir ki, o, polis əməkdaşlarına tabesizlik göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsini özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1963-cü ildə Xaçmaz rayonunun Qoçaqlı kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1298/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1298/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver