Məhkəmə qərarları › İş №3(067)-1300/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1300/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1300/2023 27.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X3 "xxxx" Firmasının qanuni təmsilçisi X9 və nümayəndəsi X2 iştirakları ilə, "xxxx" Firması barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" Firması barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ixrac etdiyi ümumilikdə 5649,59 ABŞ dolları (9604,30 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, 2022-ci ilin noyabr ayında gömrük bəyannaməsi üzrə ixrac etdiyi ümumilikdə 5649,59 ABŞ dolları yükün müqabilində qaytarılmalı olan məbləğləri 180 gün ərzində geri qaytarılmamışdır. 19 apreldə (150-ci gün) xəbərdarlıq təyinatlı bildirişin göndərilməsinə baxmayaraq vəsaitin qaytarılması təmin olunmamışdır. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, onların xarici şirkətlə müqavilələri var. Hər göndərilən məhsul üçün birtərəfli qaydada 5 faiz pul tutulur. Bununla əlaqəli onlara izahat cavabı yazılmışdır. Eyni zamanda bağlanılan müqavilə Gömrük İdarəsinə göndərilmişdir Məhkəmə iclasında "xxxx" MMC-nin qanuni təmsilçisi X9 nümayəndə X2 göstərdiklərinə uyğun izahat vermişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan gömrük bəyənnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən xurma məhsulu Azərbaycan Respublikasından ixrac olunmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, "xxxx" MMC-yə 10 gün müddətində konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesabına köçürülməsinin təmin edilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC VÖEN əsasında hüquqi şəxs kimi qeydiyyata alınmışdır, hal-hazırda müəssisənin fəaliyyəti aktivdir, cəmiyyətin hüquqi ünvanı ünvan 1k bəyannaməsi üzrə köçürülməli olan vəsait mallar gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin yükün müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi köçürülməli olan 5649.59 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 5649,59 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 1695 ABŞ dolları məbləğində (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar