Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1301/2023 06.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2, Şəxs nümayəndəsi Nümayəndə1 Abbas oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İnzibati xəta haqqında 25 sentyabr 2023-cü il tarixli, 01400- 07576/23 saylı protokola əsasən Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3-1- 006313/2023 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs (VÖEN: **********) tərəfindən **********2224 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 500,00 AB$ dolları (850,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, pulun qaytarılması ilə bağlı bəyannamənin qarşısı sıfırlanmışdır, ancaq onlar hər ehtimala qarşı bank ödənişlərinə baxmışlar. 06 sentyabr, 180 gündən sonra, həmin borc qalmış 500 dollar vəsaitin qaytarılmışıdır. 13 yanvar 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək həmin pul vəsaitin qaytarılması təmin edilməli idi, buna görə də həmin pul vəsait qaytarılmadığı üçün 22 avqust 2023-cü il tarixdə raport yazılmışdır, bunun əsasında araşdırılma başlanılmışdır. Məsələ ilə bağlı 19 iyul 2023-cü il tarixdə bildiriş verilməsinə baxmayaraq, 22 avqust 2023cü il tarixədək raport yazılana qədər, bağlanmamışdır, ondan sonra da araşdırılma başlanılmış və inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.. Bundan əlavə olaraq Nümayəndə2 sədrlik edənin sualına cavab olaraq 25 sentyabr 2023-cü il tarixdə protokol tərtib edilərkən pulun ödənilməsi bağlı məlumatın onlara verilmədiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə1 Abbas oğlu göstərdi ki, nümayəndəsi oldu cəmiyyətə məxsus mal “Niko” şirkətinə getmiş, lakin həmin şirkət tərəfindən malın dəyəri olan 500 dollar vəsait onlara ödənilməmişdir. Beləki, mala görə 1000 dollar vəsaitdən 500 dollar onlara ödənilmiş, qalan 500 dollar isə ödənilməmişdir. Onlar da prosessual qaydalara görə birinci özlərinə rəsmi qaydada şikayət məktubu ilə müraciət edilmiş, sonra isə o, həmin şikayət məktubundan sonra isə bir həftə ərzində həmin məbləğin onlara ödənilməsini təmin edilməzsə, Rusiya Fedrasiyasının prokurorluğuna məktubla müraciət edilir, ki, şirkət tərəfindən onlara olan borc ödənilmir. Həmin müraciətdən sonra şirkət tərəfindən onlara olan borc vəsaiti hesaba ödənilmişdir. Nümayəndəsi olduğu cəmiyyət fındıq emalı ilə məşquldur, cəmiyyət həmin şirkətlə davamlı olaraq işləyir. Sadəcə olaraq qanunla 180 gün ərzində şirkət onlara olan borcun ödənilməsini təmin etməli idi, bu tələb həm müqavilədə də öz əkisni tapmışdır. Hətta onlar şirkətə həmin məlumatın verilməsi izah edilərək bu məlumatın onlardan tələb edildiyini bildirilmişdir. Həmin müraciətdən sonra şirkət tərəfindən onlara olan 500 dollar vəsait ödənilmiş və o, həmin pul vəsaitin qaytarılması ilə bağlı bankdan da sənəd götürmüşdür və o, həmin sənədi hazırki məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Bundan əlavə olaraq o, qeyd edərək məhkəməyə təqdim edilmiş sənədlərdən birinin onlar tərəfindən şirkətə müraciət edilmiş məktubun olduğunu və həmin məktubun arxasında isə şirkət tərəfindən müvafiq qeydlər aparılaraq, borc vəsaitinin şirkət tərəfindən hesaba ödənildiyi bildirilərək məktubla bir yerdə onlara geri qaytarılması ilə bağlı olduğunu bildirmişdir. Qeyd edilənləri üzürlü səbəb kimi nəzərə alaraq Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən 13 iyul 2023-cü il tarixədək qaytarılmalı olduğu halda həmin vəsait 06 sentyabr 2023-cü il tarixdə yəni 25 sentyabr 2023-cü il tarixdə cəmiyyət barəsində protokol tərtib edilməməzdən öncə hesaba ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmuş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 25 sentyabr 2023-cü il tarixdə cəmiyyət barəsində protokol tərtib edilməmişdən öncə həmin məbləğin ödənilib-ödənilməməsi ilə bağlı hər hansı bir araşdırılma aparılmamış, ona görə də iş üzrə icraata xitam verilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli pul köçürmələrindən görünür ki, həmin 500 dollar pul vəsaiti hesaba ödənilmiş, cəmiyyət barəsində protokol isə həmin vəsaitin qaytarıldığı gündən yəni 19 gün sonra 25 sentyabr 2023-cü il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İXM-nin 53 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində aparılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1301/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1301/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver