Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1302/2023 11.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X11 Polis Bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1994-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xudat şəhəri, Z.Mahmudov küçəsi Təzə planlar ünanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X11 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında metriala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 20 avqust 2023-cü il tarixdə günorta saatlarında tanışı Artur adlı şəxslə birlikdə X2 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbədə yerləşən təmir işləri aparılan yaşayış evindən 1 ədəd lazer aparatını, 2 ədəd “Haima” markalı direli və 15 metr üzünluğunda elektrik naqilini gizli yolla talamışdır. Bundan başqa Şəxs 20 avqust 2023-cü il tarixdə gecə saatlarında X3 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, Q.Qarayev küçəsində yerləşən yaşayış evinin həyətindən 1 kisə təmizlənmiş fındıq məhsulunu gizli yolla talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X11 Polis Bölməsinin polis sahə rəisi X7 göstərdi ki, Şəxs 20 avqust 2023-cü il tarixdə günorta saatlarında tanışı Artur adlı şəxslə birlikdə X2 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, 4cü şöbədə yerləşən təmir işləri aparılan yaşayış evindən 1 ədəd lazer aparatını, 2 ədəd “Haima” markalı direli və 15 metr üzünluğunda elektrik naqilini gizli yolla talamışdır. Bundan başqa Şəxs 20 avqust 2023-cü il tarixdə gecə saatlarında X3 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, Q.Qarayev küçəsində yerləşən yaşayış evinin həyətindən 1 kisə təmizlənmiş fındıq məhsulunu gizli yolla talamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək metriallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, həqiqətən o, 20 avqust 2023-cü il tarixdə tanışı günorta saatlarında Artur adlı şəxslə birlikdə X2 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbədə yerləşən təmir işləri aparılan yaşayış evindən 1 ədəd lazer aparatını, 2 ədəd “Haima” markalı direli və 15 metr üzünluğunda elektrik naqilini oğurlamışdır. Bundan başqa həmin gün gecə saatlarında özü tək X3 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, Q.Qarayev küçəsində yerləşən yaşayış evinin həyətindən 1 kisə təmizlənmiş fındıq məhsulunu oğurlamışdır. Zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyəcəkdir. Əməlindən peşmandır. İş metriallarında olan Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı X1 25 avqust 2023cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən tanışı Artur adlı şəxslə birlikdə 20 avqust 2023-cü il tarixdə X2 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbədə yerləşən təmir işləri aparılan yaşayış evindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş metriallarında olan Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı X1 30 avqust 2023cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən X3 məxsus Xaçmaz rayonunun Xudat şəhəri, Q.Qarayev küçəsində yerləşən yaşayış evinin həyətindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, inzibati xəta haqqında protokol və digər iş metrialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş metriallarında olan 10 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən saat 19:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 10 oktyabr 2023-cü il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1302/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1302/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver