Məhkəmə qərarları › İş №3(067)-1304/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1304/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1304/2024 17.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə, 10 noyabr 1999-cu ildə Xaçmaz rayonunun Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Armudpadar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibat binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 16 oktyabr 2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X11 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X1 rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu, Armudpadar kənd sakini Şəxs onun Xaçmaz rayonu, H.Z.Tağıyev küçəsində işlətdiyi mebel mağazasına gələrək ondan 2200 manat dəyərində mebel aldığını, lakin mebelin pulunu ödmədiyini bildirmiş, həmin şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Vətəndaşın şikayət ərizəsi ilə əlaqədar olaraq Xaçmaz rayonu, Amudpadar kənd sakini Şəxs Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun göstərişi ilə Polis Şöbəsinə gətirilmişdir. Şəxs Xaçmaz RPŞ-nə gələrkən şikayətçi Mehparə Nəcəfovanın ünvanına kobud ifadələr işlədərək onun şikayətinin əsassız olduğunu bildirmişdir. Bu zaman onu nizam intizama dəvət etsələr də o, polis əməkdaşlarıyla ucadan kobud şəkildə danışmış, onların ünvanına söyüşlər söyərək təhqir etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törədilmiş xətanı qəbul etməyərək izahatında göstərdi ki, o, özü mebel sahəsi ilə məşğuldur. Mehbarə adlı xanımı tanıyır və ondan 2200 manat dəyərində işlənmiş, yəni ikinci əl mebeli nisiyə almışdır. Ondan aldığı mebeldə ziyan etmişdir. Zərərçəkmişə 400 manat pulu vermiş, qalan borcundan isə ödəniş edə bilməmişdir. O, ona olan borcunu qaytarmayacağı barədə fikir bildirməmişdir. O, Polis Şöbəsində kamera altında olmuşdur və heç kimi söyməmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Şəxs aprel ayında özünə məxsus mebel mağazasına gələrək ondan 2200 manat dəyərində mebel aparmış və pulundan isə mart ayında ödəniş edəcəyini bildirmişdir. Lakin onu aldadaraq mebelin pulundan ödəniş etməmişdir. Pulunu vermədiyi üçün Polis Şöbəsinə müraciət etmişdir. Rayon Polis Şöbəsinə Şəxs dəvət edəndə onu və atasını da çağırmışlar. Həmin şəxs Polis Şöbəsində polisləri söyərək, təhqir etmişdir. Borcunu qaytarması üçün evlərinə getmiş, lakin o, onu söyüb təhqir edərək, pulunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qızıdır. Qızının Xaçmaz şəhərində özünün mebel mağazası vardır. Şəxs qızının mebel mağazasına gələrək ondan 2200 manat dəyərində mebel alıb aparmışdır, lakin pulunu vermir. Buna görə də qızı ilə birlikdə həmin şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Həmin şəxsi polis şöbəsinə dəvət edəndə onu və qızını da dəvət etmişlər. Həmin vaxt Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə onları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində polis baş serjantı X8 Quba istiqamətində xidmətdə olan zaman həmin ərazinin polis sahə polis mayoru Sənan Hacıyevin göstərişi ilə Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlqədar Xaçmaz rayonu Armudpadar kənd sakini Şəxs Xaçmaz RPŞ-nə dəvət edərək gətirmişlər. Şəxs Polis Şöbəsinə gələrkən şikayətçinin ünvanına kobud ifadələr işlədərək onun şikayətinin əsassız olduğunu bildirmişdir. Onlar vətəndaşa nizam-intizamlı olmağı söyləsələr də o, onlarla ucadan kobud şəkildə danışaraq, onları söyərək təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 16 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununlа yаnаşı, məhkəmə hеsаb еdir ki, Şəxs 16 oktyabr 2024-cü il saat 17:30dan hal-hazıradək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа оnа təyin еdilmiş cərimə cəzаsı yüngülləşdirilməklə qəti məbləğ müəyyən еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsində bu cür qаydаlаr müəyyən еdilməsə də, məhkəmə hеsаb еdir ki, Аzərbаycаn Rеspublikаsı Cinаyət Prоsеssuаl Qаnunvеriciliyində охşаr münаsibətləri nizаmа sаlаn nоrmаlаrı müvаfiq оlаrаq аnаlоgiyа üzrə burаdа tətbiq еdilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il Qərarında göstərilmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4. maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 16 oktyabr 2024-cü il tarixdən hal-hazıradək inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа, оnа təyin еdilmiş cərimə cəzаsının məbləği 50 (əlli) mаnаtа qədər аzаldılsın və üzərində 50 (əlli) manat məbləğində cərimə inizbati tənbeh saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar